REGİONLAR


Prezident İlham Əliyev Şəki şəhərində 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayırıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev oktyabrın 29-da “Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Şəki şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.