Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfiri salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm.

Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim.

X X X

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim etdi.

X X X

Səfir Erkan Özoral dedi:

- Çox təşəkkür edirəm. Çox sağ olun.

Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib YENİLƏNİB VİDEO

Suriya səkkiz “Airbus” təyyarəsi almağa hazırlaşır

Parisdə Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kubokunun açılış mərasimi olub

Dünya çempionatı: Portuqaliya millisini məğlub edən İspaniya 1/4 finala yüksəlib

Raul Kastronun nəvəsi Trampla dialoqa hazır olduğunu bildirib

Qəbələdə “Səyyar Gənclər Xidməti” layihəsi həyata keçirilir

Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir

Kamilo Duran “Qarabağ”ı tərk edir - Futbolçu “Seltik”lə anlaşıb

Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötüb

Yusif İmanov “Kəpəz”dən ayrıldığını açıqlayıb

Qəzzada HƏMAS-ın hərbi qanadının təlim idarəsinin rəhbəri öldürülüb

Azərbaycan millisinin üzvü “Şaxtyor”a keçib

Lyayen: Aİ Ukraynada PUA istehsalına əlavə maliyyə dəstəyi göstərəcək

Fərid Hüseyn: “Türk Dünyası Həftəsi” türk xalqları arasında həmrəyliyin möhkəmlənməsinə xidmət etdi

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalına yüksəlib

“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib

Tbilisinin mərkəzində torpaq sürüşməsi baş verib

Böyük Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib

Mərakeşdə terror aktları hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb

Yoxlama oyunu: "Neftçi" növbəti məğlubiyyətini alıb

“Astana günü” münasibətilə keçirilən konsertlərdə 100 mindən çox insan iştirak edib

Emmanuel Makron Dəməşqə ilk səfərini edib

Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər

“Rosatom”: Mütəxəssislər iyulun ortalarında Buşəhr AES-ə qayıda bilərlər

Uels klubunun baş məşqçisi: "Sabah"ın gücünə bələdik

Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb

Türkiyə Prezidenti NATO-nun Baş katibini qəbul edib

Konqoda “Ebola”dan ölənlərin sayı 500 nəfəri keçib

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası hesabat verib

Bu saata olan əsas xəbərlər

Rütte: Güclü Avropa güclü NATO deməkdir

Azərbaycan-Çin münasibətlərində partiya diplomatiyasının rolu yüksək qiymətləndirilib

Güclü külək Qax və Zaqatalada fəsadlar törədib VİDEO

Güclü külək Qax və Zaqatalada fəsadlar törədib VİDEO

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib

“Məktəbli sinfindən orbital missiyalara”: kosmik təhsil proqramı yekunlaşıb

Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

Səudiyyə Ərəbistanı neftin qiymətinə son 26 ildə ən böyük endirim edib

Donald Tramp: İranla ya razılaşacağıq, ya da işi başa çatdıracağıq

Media: Kanada Almaniyadan sualtı qayıqlar almağı planlaşdırır

“Shahin Novrasli Festival-2026” ədəbi müsabiqəsinin nəticələri açıqlanıb

FHN gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə gedən vətəndaşlara müraciət edib

Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib

ABŞ Prezidenti: Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinə son qoyacağıq

Parlamentlərarası əlaqələr inkişaf edir

Azərbaycanda “Yaradıcı Kino İnkubasiya Proqramı”na start verilir – qeydiyyat başladı

Zimbabve parlamentinin sədri: Azərbaycanla münasibətlərin inkişafına önəm veririk

Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsindən azad olunmuş şəxslərin nəzərinə

Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi başa çatıb

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlanıb

Almaniya hökuməti gələn il üçün 555,4 milyard avroluq büdcə layihəsini təsdiqləyib

Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 284 medal qazanıblar

“Xaqani Şirvani yaradıcılığına konseptual baxış” kitabı nəşr olunub

® İRİA-da rəqəmsal transformasiya üzrə prioritetlər İctimai Şura üzvlərinə təqdim edilib

BDU-nun Jurnalistika fakültəsində “Onlayn və multimedia jurnalistikası” ixtisaslaşması yaradılır

“Nizami “Xəmsə”sində və Azərbaycan mədəni gerçəkliyində musiqi alətlərimiz” - elmi-bədii sessiya

Mingəçevir V “Cyber Summer School 2026”ya ev sahibliyi edir VİDEO

Mingəçevir V “Cyber Summer School 2026”ya ev sahibliyi edir VİDEO

Mərkəzi Bankın nümayəndələri Masallıda vətəndaşların müraciətlərini dinləyiblər

Yunanıstanda iqtisadi bərabərsizlik dərinləşməkdədir

Bioloji aktiv qida məhsullarından istifadə zamanı nələrə diqqət edilməlidir?

Mişustin ilə Paşinyan arasında Yekaterinburqda görüş keçirilib

Gənclərdə mütaliə vərdişlərinin inkişafı: Mərkəzi Elmi Kitabxananın yeni layihələri və rəqəmsal yenilikləri VİDEO

Gənclərdə mütaliə vərdişlərinin inkişafı: Mərkəzi Elmi Kitabxananın yeni layihələri və rəqəmsal yenilikləri VİDEO

"Sabah"ın futbolçusu: Qələbə üçün əlimizdən gələni edəcəyik VİDEO

"Sabah"ın futbolçusu: Qələbə üçün əlimizdən gələni edəcəyik VİDEO

Mingəçevirdəki sənaye müəssisələri və energetika infrastrukturu innovativ istehsalın inkişafını dəstəkləyir

Rəqəmsal inkişaf strategiyası Azərbaycanın innovasiya gələcəyini formalaşdırır RƏY

“Sabah”ın baş məşqçisi: Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etmək istəyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etmək istəyirik VİDEO

AZAL: Bakı-Naxçıvan marşrutu üzrə bəzi reyslər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb

Suraxanıda içməli su xəttində baş vermiş qəza operativ şəkildə aradan qaldırılıb

Qazaxıstanda Astana adını daşıyan 26 nəfər var

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək MÜSAHİBƏ VİDEO

Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər

Psixoloq: Uşaqların sosial şəbəkələrdən asılılığının qarşısını almaq üçün birgə iş vacibdir

Hakan Fidan: Ərdoğan-Tramp münasibətləri NATO-da gərginliyi azalda bilər

Bolqarıstanın müxtəlif şəhərlərində bomba həyəcanı yaşanıb

Nazir Məcnun Məmmədov Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

“Thales” dəniz dronları üzrə ixtisaslaşmış “Exail Technologies”i satın alır

Azərbaycan və İspaniyanın Paralimpiya komitələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Şri-Lanka həbsxanasında baş verən toqquşmalar zamanı 25 nəfər ölüb

Qanunvericilik, valideyn, məktəb və rəqəmsal platformalar birlikdə olduqda uşaqlar üçün daha sağlam mühit formalaşır – ŞƏRH

BDU-da Türk dövlətlərinin xarici siyasətinə həsr olunan yeni magistr ixtisaslaşması açılır

Kembricdə təhsil alan azərbaycanlı: Uğurun sirri qeyri-adi istedad deyil - MÜSAHİBƏ

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10,1 faiz artıb

Fırçanın sözlə dialoqu: Altay Hacıyev yaradıcılığında Natəvan obrazı

Siyasi şərhçi: İctimai rəy sorğularında yüksək etimad Prezidentin uğurlu dövlət siyasətinin nəticəsidir

Azərbaycan Rusiyaya nota verib VİDEO

Azərbaycan Rusiyaya nota verib VİDEO

Felipe Luis “Monako”nun baş məşqçisi təyin edilib

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB VİDEO

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi olub YENİLƏNİB VİDEO

Direktorların işə qəbulu müsabiqəsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Astarada kino günləri” başa çatıb

Ankaradakı NATO sammitini dünyanın hər yerindən 2500-dən çox jurnalist işıqlandıracaq

Gürcü siyasətçi: Anakliya limanı dünyanın Qafqaza açılan qapısı olmalıdır

Sahibkarlar Konfederasiyası ilə Pakistanın Okara Ticarət və Sənaye Palatası anlaşma memorandumu imzalayıb

“Wellness turizmi” nədir?- Müsahibə

Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbulları davam etdirir

Zakir İbrahimov: İndiyədək 50 min ədədədək qızıl-gümüş sikkə və qızıl külçələrin satışından 116 milyon manatdan çox gəlir əldə olunub

Bolqarıstanlı fermerlər Yunanıstanla sərhəd keçidini bağlayıblar

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana 1026 ton propan göndərilib VİDEO

Dünya Bankı Özbəkistanda təhsilin inkişafına 105 milyon dollar ayırıb

Sənaye parklarında təşviq mexanizmləri investisiya cəlbediciliyini artırır - RƏY

“Qəbələ” ötən ay yeni müqavilə imzaladığı futbolçu ilə vidalaşıb

Nazirlik: 200-ə yaxın ahıl günərzi qayğı mərkəzlərinin xidmətləri ilə əhatə olunur