Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdə hüquq islahatlarının məntiqi davamı prizmasından qiymətləndirilməlidir

Prezident İlham Əliyevin Sərəncamı ölkəmizdə hüquq islahatlarının məntiqi davamı prizmasından qiymətləndirilməlidir

Bakı, 18 fevral, Məhərrəm Əlioğlu, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam neçə illərdir ölkəmizdə aparılan hüquq islahatlarının məntiqi davamı prizmasından qiymətləndirilməlidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Hakimlərin Seçki Komitəsinin üzvü, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri Anar Bağırov deyib.

A.Bağırov qeyd edib ki, bütün bu islahatların əsasında duran fundamental sənəd qismində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərmanı, 1998-ci il 18 iyun tarixli Sərəncam əsasında qəbul olunmuş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı qeyd etmək olar. Bu sənədlərin qəbul olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu sənədlərin qəbulundan sonra Azərbaycanda 2000-ci illərin əvvəllərindən etibarən beynəlxalq standartlara cavab verən, insan hüquqlarının kompleks müdafiəsini təmin edən sənədlər - Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələri qəbul olundu ki, bu da penitensiar sahənin inkişaf istiqamətlərini müəyyən etdi. Daha sonrakı dövrdə ölkəmizdə Ombudsman İnstitutunun yaradılması da öz növbəsində penitensiar sahədə aparılan uğurlu islahatların təcəssümü kimi qiymətləndirilə bilər.

Təbii ki, başda Azərbaycan Respublikasının Konstitusiyası olmaqla, digər sahəvi beynəlxalq sənədlər məhbusların, barəsində məhkəmə qaydasında cəza təyin olunmuş şəxslərin hüquq və azadlıqlarını ən ali səviyyədə müdafiə edir. Təsadüfi deyil ki, 2012-ci il 22 may tarixli “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun, “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2014-cü 26 fevral tarixli qərarı penitensiar sahədə tam mənada beynəlxalq standartlara cavab verən normativ qaydaları təsbit edib. Belə ki, adıçəkilən sənədlərdə BMT-nin 1955-ci il tarixli “Məhbuslar ilə davranış haqqında standart minimal qaydalar”ı, Avropa Şurasının “Avropa həbsxana qaydaların dair” 2006-cı il tövsiyələrindən doğan tələblər gözlənilib.

Qeyd olunanlar baxımından, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı inkişaf edən ictimai münasibətlərə, cəmiyyətimizdə bərqərar olmuş demokratik dəyərlərə müsbət mənada təkan verən uğurlu addım kimi dəyərləndirilməlidir.

Adıçəkilən Sərəncamda maraq kəsb edən başlıca məqamlardan biri də iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması məsələsi üzərinə xüsusi vurğunun qoyulmasıdır. Əslində iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminallaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2016-cı il 27 aprel tarixli “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamında da Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə tapşırılıb. Bütün bu faktlar dövlət tərəfindən penitensiar sahədə islahatlara sistematik və ardıcıl yanaşılmasını bir daha sübut edir.

A.Bağırov bildirib ki, ölkəmizdə məhkəmə-hüquq, cəzaların icrası sahəsində islahatlarının aparılmasından doğan zərurətdən başqa, bu Sərəncamı labüd edən bir sıra mühüm hallar da mövcuddur. Belə ki, son dövrlər aparılmış təhlillərin nəticələrinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyətinin təmin olunmasındakı çətinliklər, ictimai işlər cəzasının icrası mərhələsindəki çatışmazlıqlar, o cümlədən cəzaları icra edən müəssisələrdə müasir İKT-nin imkanlarından lazımi səviyyədə istifadə edilməməsi Sərəncamın qəbulunu şərtləndirib. Həmçinin böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi də öz növbəsində məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinin əsas səbəblərindəndir.

Sadalanan bu səbəblərin və onların doğurduğu fəsadların əsaslı şəkildə aradan qaldırılması məqsədilə Sərəncamda çoxsaylı tapşırıq və tövsiyələrlə yanaşı, həll kimi Ədliyyə Nazirliyi nəzdində Probasiya xidmətinin yaradılması qərara alınıb. Probasiya xidmətinin mahiyyəti şərti məhkum etmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət, habelə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasının təmin edilməsidir. Ümumiyyətlə isə, nəzərə almaq lazımdır ki, Avropada Probasiya institutunun tətbiqinin vahid təcrübəsi hələ ki, formalaşmayıb. Bu, Probasiya institutunun hər bir ölkənin cinayət-hüquq və cəzaların icrası sisteminin spesifikliyindən asılılığı ilə bağlıdır. Ona görə də çox güman ki, gələcəkdə bu institutun tətbiqi ilə bağlı cinayət, cinayət prosessual və cəzaların icrası məcəllələrində əlavə və dəyişikliklərin edilməsi qaçılmaz olacaq. Öz növbəsində bu, həm məhkəmələrin iş yükünün və penitensiar müəssisələrin yüklənməsinin azalmasında, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına, son nəticədə isə cəza siyasətinin humanistləşdirilməsinə töhfə vermiş olacaq.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, məlum Sərəncamın tətbiqi prosessual baxımdan təqsirləndirilən şəxslərin, məhkumların hüquqlarının onların müdafiəçiləri, vəkilləri tərəfindən effektiv müdafiəsi üçün də münbit zəmin yaradacaq. Çünki bu gün əslində cinayət prosesi çərçivəsində vəkillərimizin təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi zamanı çətinlikləri onlar barəsində həbs qətimkan tədbirinə alternativ qətimkan tədbirinin seçilməsinə əksər vaxt nail olmamaları ilə bağlıdır. Bu cür hal həm də böyük ictimai təhlükə törətməyən cinayətlərə də aiddir. Bu baxımdan, Sərəncamın tələblərinə riayət olunması cinayət işlərində vəkillik fəaliyyətinin səmərəliliyini artırmış olacaq. Beləliklə, ölkəmizin vəkil korpusu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış bu Sərəncamın qəbuluna müsbət yanaşaraq bu sahədə atılan ardıcıl və mütərəqqi addımları alqışlayır və belə təşəbbüslərin Azərbaycan vəkilliyi üçün müsbət töhfələr verəcəyinə əminliyini bildirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb

Azərbaycan-Slovakiya sənədləri imzalanıb YENİLƏNƏCƏK

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib