SİYASƏT


Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan əlaqələri “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir

Bakı, 10 iyul, AZƏRTAC

Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, hazırda ikitərəfli ticarət dövriyyəsi hər keçən gün artır. Yüksək səviyyəli səfərlər gündən-günə artaraq davam edir. “Bunlar aramızdakı qardaşlıq duyğularının nə qədər yüksək səviyyədə olduğunu göstərməsi baxımından çox vacibdir. Müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik”,- Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.