Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev orduya böyük diqqət və qayğı göstərir

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev orduya böyük diqqət və qayğı göstərir Bakı, 30 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə bölük komandiri müavinlərinin təkmilləşdirmə kursunun ilk məzunları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir çıxışında orduda aparılan son islahatlardan, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji tərbiyəsində qarşıda duran mühüm vəzifələrdən danışıb.

Müdafiə naziri qeyd edib ki, hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Ali Baş Komandana, Vətənimizə, torpağımıza, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə əks etdirən Azərbaycan Ordusunun şəxsi heyəti hər an qələbəyə hazır ola bilər.

“Müasir mərhələdə Azərbaycan dövlətinin artan siyasi-iqtisadi uğurları, daxili və xarici siyasətimizdə qazanılan genişmiqyaslı nailiyyətlər ölkədə bütün sahələrin, həmçinin ordu quruculuğunun inkişaf etdirilməsinə möhkəm zəmin yaradır”, - deyə general-polkovnik Zakir Həsənov bildirib.

Bu gün ölkə rəhbərliyi, şəxsən Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən orduya böyük diqqət və qayğı göstərilir. Həm Silahlı Qüvvələrimizin bölmələri müasir silah və hərbi texnikalarla təmin edilir, həm də hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Hər kəs yaxşı bilməlidir ki, bu gün ordumuzun şəxsi heyətini torpaqlarımızın işğaldan azad edilməsinə səfərbər etmək qarşımızda duran ən mühüm vəzifədir. Bu baxımdan şəxsi heyətin təlim-tərbiyəsinə cavabdehlik daşıyan komandir və zabitlərin üzərinə böyük məsuliyyət düşür. Orduda önəm verilən əsas şərt gənc döyüşçülərin milli mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə şəxsi heyətin şüuruna dövlətin və xalqın mənafeyini müdafiə etmək hissləri aşılanmalıdır. Hər bir gənc döyüşçü hansı amal və məqsəd uğrunda xidmət etdiyini, mübarizə apardığını dərindən dərk etməlidir.

Nazir deyib ki, əsgər heyəti ilə aparılan təlim-tərbiyə prosesində ən müasir üsullardan istifadə edilməlidir: “İlk növbədə qeyd etmək istərdim ki, əsgərin tərbiyəsinə cavabdehlik daşıyan zabit bütün mənəvi-əxlaqi keyfiyyətləri ilə hərbi kollektivdə nümunə olmalıdır. Bölmə komandirlərinin şəxsi heyətlə iş üzrə müavini bilməlidir ki, ordu rəhbərliyi ona böyük etimad göstərib. Onların vəzifələri bir pillə artırılıb, yəni, o, öz komandiri ilə bir səviyyədə dayanır. Göstərilən bu etimad həmin zabitin vəzifə məsuliyyətini qat-qat artıracaqdır. O, öz üzərində daha səylə çalışmalı, hərbi bilik və vərdişlərini artırmalı, qarşısında duran tapşırıqların məsuliyyətini dərindən dərk etməlidir”.

Zakir Həsənov diqqətə çatdırıb ki, xalqımızın illərdən bəri üzləşdiyi münaqişənin mahiyyəti şəxsi heyətə izah edilməli və doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizənin bizim ədalətli işimiz olduğu aşılanmalıdır. Yəni, əsgərlərimizin müharibəyə hazır olmasının əsas zərurəti yalnız xalqımızın ədalətli mübarizəsindən - doğma torpaqlarımızı işğaldan azad etmək zərurətindən irəli gəlir. Əgər işğalçı dövlət ölkəmizin ərazi bütövlüyünün sülh yolu ilə təmin olunmasına razılaşmayacaqsa, onda Azərbaycan hərbi yolla bu məsələnin həllində israrlı olacaqdır.

Şəxsi heyətin milli mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyinə toxunan nazir qeyd edib ki, xalqımızın qəhrəmanlıq ənənələri əsgərlərə layiqincə təbliğ edilməlidir: “Qoy hər bir əsgər qədim xalqın nümayəndəsi olduğunu dərindən dərk etsin, qəhrəmanlarımızı yaxşı tanısın, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin irsini mükəmməl öyrənsin. Həyatda da belədir, kim cəmiyyətdə özünə layiqli yer tutmaq istəyirsə dahi insanların ömür yolunu özünə örnək bilməlidir. Bu mənada ümummilli liderimizin mənalı ömür yolu və tarixi fəaliyyəti Silahlı Qüvvələrimizin şəxsi heyətinə ən layiqli örnəkdir”.

“Biz çalışmalıyıq ki, Silahlı Qüvvələrimizin şəxsi heyətinin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində hər bir zabit üzərinə düşən məsuliyyəti dərindən başa düşsün və öz vəzifə borcunu yerinə yetirsin”,- deyə müdafiə naziri çıxışına davam edib. O bildirib ki, ordumuzun mühüm döyüş vəzifəsinin icra edilməsində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da az əhəmiyyət daşımır və bu sahəyə cavabdeh olan zabitlər məsuliyyət hissini daha dərindən hiss etməlidirlər. Şəxsi heyətin döyüş ruhunu artırmaq üçün bölüklər səviyyəsində bu vacib işə cavabdehlik daşıyan zabitlərin fərdi hazırlığına ciddi fikir verilməlidir. Ümumiyyətlə, hər bir zabit öz hərbi biliyi, davranışı və əxlaqi keyfiyyətləri ilə şəxsi heyətə nümunə olmalıdır. Şəxsi igidlik nümunələri göstərən hərbi qulluqçular hamıya örnəkdir. Məsələn, bu yaxınlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin təxribat xarakterli cəhdlərinin qarşısının alınmasında bəzi hərbi qulluqçularımız xüsusilə fərqlənmişdilər. Belə qəhrəmanlıq nümunələri başqa hərbi bölmələrin şəxsi heyətinə də təbliğ edilməlidir.

Görüşün sonunda müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev nazirin tövsiyələrinin, tapşırıqlarının zabitlər üçün son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb. O, müdafiə nazirini əmin edib ki, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına cavabdeh olan zabitlər qarşıya qoyulan bu mühüm vəzifə və tapşırıqların uğurla yerinə yetirilməsində dəyərli töhfələrini əsirgəməyəcək və şəxsi heyəti qarşıda duran mühüm vəzifənin yerinə yetirilməsinə səfərbər edəcəklər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq