RƏSMİ XRONİKA
Prezidentin Mətbuat Xidmətinin Məlumatı
Dekabrın 24-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.
Mixeil Saakaşvili Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulamışdır.
Dövlətimizin başçısı təbrikə və diqqətə görə Mixeil Saakaşviliyə minnətdarlığını bildirmişdir.