CƏMİYYƏT


Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Beynəlxalq Ticarət Əməliyyatlarında Rüşvətxorluq” İşçi qrupunun sədri Draqo Kos və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri Olqa Savranla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, tapşırıq və tövsiyələri ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə məlumat verərək, aparılmış hüquqi və institusional islahatlar, milli antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, yeni dövrün tələblərinə uyğun olaraq bu sahədə mühüm strateji sənəd olan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın effektiv icra vəziyyəti, eləcə də qarşıda duran digər məsələlərə toxunub.

Səmimi görüşə görə minnətdarlığını ifadə edən qonaqlar Azərbaycanda həyata keçirilən anti-korrupsiya islahatlarına dair müsbət fikirlərini bölüşüblər. Ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesi, korrupsiyaya qarşı mübarizədə yeni çağırışlar və digər hüquqi məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.