ELM VƏ TƏHSİL


Proqram təminatının etibarlılıq modelləri analiz edilib

Bakı, 27 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı “Proqram təminatının etibarlılıq modellərinin analizi” mövzusuna həsr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən institutun baş mütəxəssisi Tamilla Bayramova müasir proqram komplekslərinin mürəkkəbliyi, ölçüləri və yerinə yetirdikləri funksiyalardan söz açıb. O qeyd edib ki, bu komplekslər nəqliyyat, maliyyə, təhsil, səhiyyə, hüquqi, hərbi, biznes sektorlarında və digər sahələrdə tətbiq edilir. Proqram təminatının funksiyalarının, ölçüsünün və qiymətinin artması ilə yanaşı, proqram mühəndisliyini dəstəkləyən metodlar, modellər, alətlər də inkişaf edir.

Məruzəçi proqram təminatının keyfiyyətini tənzimləyən standartlar haqqında məlumat, həmçinin etibarlılığa təsir edən əsas faktorlardan danışıb.

“Son illərdə etibarlılıq modellərində ən çox istifadə edilən texnologiya neyron şəbəkələr və qeyri səlis məntiqdir”, - deyə bildirən T.Bayramova genetik alqoritmlər, genetik proqramlaşdırma, süni arı sürüsü alqoritminin tətbiqi ilə də modellərin işlənildiyini vurğulayıb.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.