CƏMİYYƏT
Psixo-nevroloji Uşaq Mərkəzində bayram tədbiri təşkil edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı (Basqallı) ilə birlikdə Səhiyyə Nazirliyinin Psixo-nevroloji Uşaq Mərkəzində tədbir təşkil edib.
Tədbirdə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, Psixo-nevroloji Uşaq Mərkəzinin baş həkimi İradə Musayeva, Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin layihə rəhbəri Mətanət Qaraxanova və başqaları iştirak ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində uşaqlara Yeni il hədiyyəsi olaraq kitabxana tərəfindən hazırlanmış təbrik videoçarxı nümayiş etdirilib.
Psixo-nevroloji Uşaq Mərkəzinə Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu, yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı ilə birgə layihə əsasında hazırlanmış “Bu dünyanın fidanları. Дети - сияние планеты” bilinqvistik (ikidilli) kitabı hədiyyə olunub. Həmçinin uşaq yazıçısı Gülzar İbrahimovanın kitabları və “Vətən və mən” CD diski verilib.
Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdləri mərkəzin uşaqları üçün səhnəciklər təşkil edib, şeirlər söyləyib və şənlik təşkil olunub.