Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, maddə 223; 2017, № 7, maddə 1343; 2018, № 1, maddə 44; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 172 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənd ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 2.5 - 2.8-ci bəndlər əlavə edilsin:

“2.5. bu Fərmanın 2.7-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla, həmin Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

2.5.1. ali təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.5.2. orta ixtisas təhsili müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2.5.3. digər təhsil, habelə sosial xidmət və tibb müəssisələrinə münasibətdə -Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, tabeliyində olacağı icra hakimiyyəti orqanı;

2.5.4. digər publik hüquqi şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.6. bu Fərmanın 2.7-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla, həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

2.6.1. ali təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2.6.2. bu Fərmanın 2.5.2-ci və 2.5.3-cü yarımbəndlərində qeyd olunan publik hüquqi şəxslərə münasibətdə - tabeliyində olduğu icra hakimiyyəti orqanı;

2.6.3. digər publik hüquqi şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.7. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan publik hüquqi şəxslərə münasibətdə:

2.7.1. həmin Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

1. ali təhsil və orta ixtisas təhsili müəssisələrinə münasibətdə, müvafiq olaraq, bu Fərmanın 2.5.1-ci və 2.5.2-ci yarımbəndlərində müəyyən edilmiş orqanlar;

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, müvafiq olaraq, digər təhsil müəssislərinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, sosial xidmət müəssisələrinə münasibətdə -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tibb müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

3. digər publik hüquqi şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.7.2. həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

1. ali təhsil müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;

2. digər təhsil müəssislərinə münasibətdə - Azərbaycan Respublikasının Təhsil Nazirliyi, sosial xidmət müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, tibb müəssisələrinə münasibətdə - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;

3. digər publik hüquqi şəxslərə münasibətdə - Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı;

2.8. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində yaradılan publik hüquqi şəxsin strukturunu təsdiq etmək səlahiyyəti, habelə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü (icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi səlahiyyətləri istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində göstərilən səlahiyyətlər dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə aiddir.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin