Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

QARDAŞLIĞIMIZ VƏ DOSTLUĞUMUZ ƏBƏDİDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə dost ölkədə keçirilən yubiley tədbirlərində iştirak etmək və iki qardaş dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə əlaqədar Türkiyə rəhbərləri ilə görüşlər keçirmək üçün noyabrın 1-də Ankaraya gəldi. Səfərdə Azərbaycan Prezidentini xarici işlər naziri Həsən Həsənov, dövlət müşavirləri Vəfa Quluzadə, Qabil Hüseynli, Baş nazirin müavini Elçin Əfəndiyev, digər rəsmi şəxslər, respublikanın görkəmli ziyalıları müşayiət edirdilər.

“Esenboğa” hava limanında Azərbaycan dövlətinin başçısını Türkiyə Respublikasının yüksək vəzifəli şəxsləri qarşıladılar.

XARİCİ ÖLKƏLƏRİN SƏFİRLƏRİ İLƏ GÖRÜŞ

Ölkəmizin rəhbəri onun üçün ayrılmış iqamətgaha gəldikdən dərhal sonra burada xarici ölkələrin Türkiyədə və Azərbaycandakı səfirləri ilə görüşdü. Görüşdə Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Hindistan, Səudiyyə Ərəbistanı, Meksika, Macarıstan, Cənubi Afrika Respublikası, Norveç, Kanada və Danimarka səfirləri iştirak edirdilər.

Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev məlumat verdi ki, buraya toplaşan səfirlər Heydər Əliyevin Ankaraya gəlişini eşidən kimi onunla görüş təşkil olunmasını xahiş etmişlər.

İQTİSADİ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏTMƏK NAMİNƏ

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyədəki Xarici İqtisadi Əməkdaşlıq Komitəsinin üzvləri ilə görüşdü. Azərbaycan dövlətinin başçısı Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə ikinci dəfədir ki, görüşür. Birinci görüş əvvəlki səfər zamanı İstanbulda keçirilmişdir.

Məlumdur ki, son vaxtlar Azərbaycanla Türkiyənin işgüzar dairələri arasında əlaqələr inkişaf etmiş və qardaş ölkədən Azərbaycana kapital qoyuluşu xeyli artmışdır. Görüşdə qeyd edildi ki, bu kapital qoyuluşu bəzən bir çox maneələrlə üzləşir. Görüş iştirakçıları bununla əlaqədar Azərbaycanın qanunvericiliyində bəzi dəyişikliklər edilməsi barədə təkliflər irəli sürdülər. Onlar qeyd etdilər ki, Azərbaycanda xarici investisiyaların qorunması haqqında qanun dünya standartlarına uyğunlaşdırılmalıdır. Nazirlər Kabinetinin bu qanunla əlaqədar qəbul etdiyi qərarlar xarici ölkələrin iş adamlarını o qədər də təmin etmir.

Türkiyənin işgüzar dairələrinin nümayəndələri xahiş etdilər ki, Azərbaycanda xarici kapitalın qorunması üçün əlaqələndirmə şurası yaradılsın. Onların fikrincə, xarici kapital sahibləri Azərbaycanda özünü nə qədər cəsarətli hiss etsələr, respublikaya müxtəlif ölkələrdən bir o qədər çox kapital cəlb oluna bilər. Xarici kapitalın cəlb edilməsi ilə əlaqədar Azərbaycandakı bəzi bürokratik əngəllərin aradan götürülməsi barədə də bir sıra fikirlər söylənildi. Qeyd olundu ki, əcnəbi iş adamlarının Azərbaycanda özlərinə müəyyən şərait yaratması üçün daşınmaz əmlak almalarına da imkan verilməlidir. Görüşdə iştirak edən iş adamları Azərbaycanın vergi qanunlarından da söhbət açdılar və bildirdilər ki, bəzən vergilərin nəyə görə alındığı bilinmir. Azərbaycanda iflas haqqında qanun qəbul edilməsinin zəruriliyi barədə də fikirlər söylənildi.

Görüş iştirakçıları Azərbaycanla əlaqələrin genişləndirilməsi perspektivlərindən bəhs edərək bildirdilər ki, Türkiyənin iş adamları dost və qardaş ölkəyə bundan sonra daha böyük diqqət yetirəcəklər.

Görüşdə Azərbaycanın bank-maliyyə orqanlarının nümayəndələri də iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev görüşdə çıxış etdi.

SƏMİMİLİK ŞƏRAİTİNDƏ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev elə həmin gün Türkiyənin xarici işlər naziri Mumtaz Soysalı qəbul etdi. Söhbət zamanı iki ölkə arasında əlaqələrin daha da sıxlaşdırılması və inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıldı, bir sıra konkret məsələlər müzakirə olundu.

Görüşdə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinin Türkiyədə təntənə ilə qeyd edilməsi haqqında da söhbət açıldı və bildirildi ki, Füzuli hər iki qardaş xalq üçün tarixi şəxsiyyətdir və xalqlarımızın dostluğunun əbədiliyinə bariz nümunədir.

TÜRKİYƏ İCTİMAİYYƏTİ HEYDƏR ƏLİYEVİ

DƏSTƏKLƏYİR

Daha sonra Heydər Əliyev Türkiyənin məşhur siyasi xadimi, Milliyyətçi Çalışma Partiyasının rəhbəri Alparslan Türkeşi qəbul etdi. Söhbət zamanı Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətdən geniş bəhs olundu. Alparslan Türkeş dedi ki, mən və təmsil etdiyim partiyanın bütün üzvləri tam əmindirlər ki, Azərbaycanı hazırkı böhranlı vəziyyətdən, müharibədən yalnız Heydər Əliyev kimi dünya miqyasında məşhur olan bir şəxsiyyət çıxara bilər. O qətiyyətlə bildirdi ki, dost və qardaş Türkiyədə ictimaiyyətin əksəriyyəti Heydər Əliyevi və onun həyata keçirdiyi siyasi xətti dəstəkləyir.

Söhbət zamanı bir sıra digər məsələlərə də toxunuldu.

ANKARALI SOYDAŞLARIMIZ ARASINDA

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hər dəfə xarici ölkələrdə səfərdə olarkən orada yaşayan azərbaycanlılarla görüşə xüsusi yer ayırır. Ankarada yaşayan azərbaycanlılar Prezidentlə görüşə bu dəfə də böyük həvəslə gəlmişdilər. Görüşü Türkiyədəki Azərbaycan lobbisinin başçısı professor Yəhya Taşdələn açdı. O, burada yaşayan soydaşlarımızın Azərbaycanda baş verən hadisələrə böyük maraq və diqqət göstərdikləri haqqında məlumat verərək bildirdi ki, xaricdə məskunlaşmış hər bir azərbaycanlı ölkəmizdə gedən müharibənin sülh yolu ilə tezliklə başa çatmasını arzulayır və Heydər Əliyevin bu sahədə apardığı danışıqları, həyata keçirdiyi tədbirləri, onun daxili və xarici siyasətini ürəkdən bəyənir.

Yəhya Taşdələn Azərbaycanda bu ilin oktyabr hadisələrindən də bəhs edərək dedi ki, burada yaşayan bütün azərbaycanlılar bir qrup cinayətkarın dövlət çevrilişinə cəhd göstərməsini qətiyyətlə pisləyir və belə çətin günlərdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində qan tökülməsinə yol verilməməsini ürəkdən alqışlayırlar. Azərbaycanın dövlət müstəqilliyini, xalq tərəfindən seçilmiş, bütün dünyada tanınan məşhur siyasi xadim Prezident Heydər Əliyevi dəstəkləyir və müdafiə edirlər.

Natiq bu günlərdə Avropa ölkələrindən birində çıxan qəzetdə Heydər Əliyev və Azərbaycan haqqında dərc edilmiş məqalədən sitat gətirdi. Məqalədə deyilir ki, dünyanın görkəmli siyasi xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra istər Orta Asiyada, istərsə də Qafqazda demokratiyanın, insan azadlığının ən çox Azərbaycanda bərqərar olacağına inanmaq olar. Bu ölkələr içərisində Azərbaycan sərbəst bazar iqtisadiyyatı yolu ilə gedərək daha çox uğurlar qazanacaqdır. Qəzet daha sonra yazır: “Əgər ədalət, haqq istəyirsinizsə, bunlar hamısı Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda bərqərar olacaqdır və bu müdrik siyasətçi öz ölkəsini dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcəkdir”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev görüş iştirakçıları qarşısında çıxış etdi.

Heydər Əliyevin çıxışı soydaşlarımız tərəfindən böyük maraqla dinlənildi və dəfələrlə alqışlarla qarşılandı.

PREZİDENTİN MƏTBUAT KONFRANSI

Günün axırında Azərbaycan Prezidenti Heydər Əliyev Ankarada Türkiyə, Azərbaycan və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirdi. Mətbuat konfransında Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyət, müharibənin sülh yolu ilə başa çatdırılması üçün Azərbaycanın təşəbbüsləri və beynəlxalq təşkilatların bu sahədə fəaliyyəti, respublikamızın xarici neft şirkətləri konsorsiumu ilə bağladığı müqavilə, neft kəmərlərinin çəkilişi, Xəzərin statusu və digər məsələlər barədə söhbət açıldı və jurnalistlərin suallarına cavab verildi.

Mətbuat konfransında Azərbaycandakı hadisələrə Türkiyə mətbuatında düzgün, obyektiv qiymət verilməsinin zəruriliyinə də toxunuldu və digər məsələlərdən də bəhs edildi.

FÜZULİ DÜHASINA MƏHƏBBƏTLƏ

Həmin gün axşam Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl Heydər Əliyev üçün ayrılmış iqamətgaha gəldi. Prezidentlərin qısa görüşü oldu. Sonra hər iki Prezident Bilkənd Universitet şəhərciyinə yola düşdü. Onlar burada dahi Füzulinin 500 illiyinə həsr olunmuş təntənəli yubiley mərasiminin açılışında iştirak etdilər. Salona toplaşanlar prezidentləri gurultulu alqışlarla qarşıladılar.

Yubiley mərasimini professor İhsan Doğramacıoğlu giriş sözü ilə açdı və ürəkdən, candan bir olan iki xalqın qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində Füzuli sənətinin rolundan bəhs etdi. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, xalq şairi, professor Bəxtiyar Vahabzadə, respublikamızın mədəniyyət naziri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət naziri Timurçin Savaş mərasimdə çıxış edib, çox gərgin iş rejiminə baxmayaraq, vaxt tapıb böyük şairimizin yubiley mərasimini şərəfləndirən Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdilər.

Çıxış edənlər dedilər ki, dahi Füzuli bizim qardaşlığımızın, birliyimizin, dillərimizin, qəlblərimizin, ruhlarımızın bir olmasının rəmzidir. Bizi 500 ildir ki, bütün dünyaya tanıdan Füzuli gözəlliyin, məhəbbətin ülvi insani hisslərin tərənnümçüsüdür. Eyni zamanda Füzuli öz əsərlərində bizim ağrı-acımızı, hicranımızı da sənətkarlıqla qələmə almışdır. Natiqlər dedilər ki, Füzuli bizim fəxrimizdir. Füzulinin ruhu 500 il bundan əvvəl olduğu kimi, bu gün də həm Türkiyə, həm də Azərbaycan torpağındadır.

Qeyd olundu ki, Füzuli yaradıcılığı, onun şeirinin ecazkarlığı əsrlər boyu tədqiq edilməsinə baxmayaraq, biz Füzulini elmin bugünkü səviyyəsində yenidən öyrənməyə borcluyuq. Füzulinin səsi bütün zamanları yarıb keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, ülviyyətə və yüksəkliyə çağırır. Dahi sənətkar bu gün də bizimlə bərabər yaşayır. Füzuli sənətinin bir ülvi cəhəti də budur ki, o, dilinin sehri ilə dünyadakı bütün türk xalqlarını bir çırağın ətrafına toplaşmağa səsləyir. Füzuli bütün türk xalqlarının sənətkarı, dahisidir.

Natiqlər dedilər ki, bu gün dünyada mövcud olan altı türk dövlətinin hər birinin öz dövlət bayrağı var. Yalnız Füzuli elə bir bayraqdır ki, biz o bayrağın kölgəsində bir-birimizdən ayrılmır, əksinə, birləşirik. Beləliklə, Füzuli bizim mənəviyyat bayrağımızdır.

Çıxış edənlər bu mərasimin əsas təşkilatçısı olan professor İhsan Doğramacıoğluna minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər. Azərbaycan Elmlər Akademiyasının prezidenti Eldar Salayev İhsan Doğramacıoğluna EA-nın akademiki diplominu təqdim etdi.

Yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl çıxış etdilər.

Rəsmi hissədən sonra Azərbaycan və Türkiyə incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti oldu. Konsertin sonunda bütün salondakılar ayağa qalxaraq, Füzulinin şeirinə bəstələnmiş mahnını birgə ifa etdilər.

Türkiyədə Füzuli yubileyinə həsr olunmuş mərasimlər bir neçə gün davam edəcəkdir.

DAHA İKİ GÖRÜŞ

Noyabrın 2-də səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İsmayıl Haqqıkaradayını qəbul etdi. Görüş zamanı iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi ilə əlaqədar bir sıra məsələlər nəzərdən keçirildi.

X X X
Elə həmin gün Heydər Əliyev Türkiyənin dövlət naziri Nəcməddin Cövhərini qəbul etdi. Söhbət zamanı Azərbaycanda taxılla bağlı çətinliklər yaranmasından bəhs edildi və bununla əlaqədar Türkiyənin köməyinə ciddi ehtiyac olduğu bildirildi. Dövlət naziri qeyd etdi ki, Türkiyə Respublikası Azərbaycanın taxılla təmin olunması üçün lazımi tədbirlər görəcəkdir. Görüşdə Türkiyənin Azərbaycana ayırdığı kredit mövzusuna da toxunuldu və digər məsələlər barədə ətraflı söhbət aparıldı.

PREZİDENT SÜLEYMAN DƏMİRƏLƏ SƏMİMİ TƏBRİKLƏR

Noyabrın 2-də günortaya yaxın Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəlin iqamətgahına - “Çankaya” köşkünə gəldilər. Süleyman Dəmirəl Heydər Əliyevi iqamətgahın qarşısında mehribanlıqla qarşıladı. “Çankaya”da prezidentlərin səmimi görüşü oldu.

Sonra Heydər Əliyev Süleyman Dəmirələ doğum günü münasibətilə təbrik məktubunu təqdim etdi.

Türkiyə Prezidenti hədiyyə və diqqət üçün Azərbaycan Prezidentinə, nümayəndə heyətimizə, Azərbaycan xalqına, rəssam Kamil Əliyevə öz minnətdarlığını və təşəkkürünü bildirdi.

M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin rektoru, professor Murtuz Ələsgərov görüşdə çıxış edərək, Süleyman Dəmirələ BDU-nun fəxri doktoru adı verildiyini bildirdi və bu barədə diplomu təqdim etdi, universitetin tələbələrinin toxuduğu kiçik xalını ona hədiyyə verdi.

Xalq şairi Bəxtiyar Vahabzadə Süleyman Dəmirələ həsr etdiyi şeirini oxudu.

Sonra iki Prezident arasında görüş keçirildi.

Günorta Türkiyə Prezidenti Süleyman Dəmirəl Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət verdi.

BAŞ NAZİR TANSU ÇİLLƏR İLƏ GÖRÜŞ

Elə həmin gün günortadan sonra Türkiyə Respublikasının Baş naziri Tansu Çillər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görüşünə gəldi. Səmimilik və mehribanlıq şəraitində keçən görüş zamanı iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsi, iqtisadi, ticarət və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edildi. Söhbətdə xüsusilə işgüzar dairələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da canlandırılması ilə bağlı vacib məsələlərə geniş yer verildi.

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ GÖRÜŞ

Noyabrın 2-də axşam Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyə Respublikasının Böyük Millət Məclisinə gəldi. Burada onu parlamentin sədri Hüsaməddin Cindoruk mehribanlıqla qarşıladı. Heydər Əliyevlə Hüsaməddin Cindoruk arasında görüş oldu.

Türkiyə parlamentinin başçısı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə nahar verdi. Hüsaməddin Cindoruk və Heydər Əliyev naharda nitq söylədilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankarada keçirdiyi görüşlərdə respublikanın xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Qabil Hüseynli, Vəfa Quluzadə, Baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu, Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

SƏFƏR BAŞA ÇATDI

Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri başa çatdı. Ankaranın “Esenboğa” hava limanında Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və ölkənin digər yüksək vəzifəli şəxsləri mehribancasına yola saldılar.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vətənə qayıtdı. Bakının Binə hava limanında Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazirin vəzifəsini icra edən Fuad Quliyev və digər rəsmi şəxslər qarşıladılar.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Ankara-Bakı 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO