Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİYƏ

Əlahəzrət, 

Qətər Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ölkənizə səfərimi, Sizinlə görüşümüzü, söhbətlərimizi məmnunluqla xatırlayıram. Əminəm ki, dost ölkələrimiz arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın hərtərəfli inkişafı üçün səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qətər xalqına xoşbəxtlik və firavanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin