QAZAXDA 1006 AİLƏYƏ ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI TƏYİN OLUNMUŞDUR
Qazax Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin doqquz ayı ərzində ünvanlı dövlət sosial yardımı almaq üçün mərkəzə 2005 ailə müraciət etmişdir. Onlardan 1240-nın sənədləri qeydiyyata alınmışdır.
Bu ərizələrə baxılaraq 1006 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuş, şəhərdə yaşayan 46 ailəyə yardım almaq üçün plastik kart verilmişdir.