Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏSGƏR AKAYEVƏ

Hörmətli Əsgər Akayeviç,

Qırgızıstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Keçid dövrünün çətin şəraitində Qırgızıstan Sizin rəhbərliyinizlə öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, siyasi və iqtisadi dəyişikliklərin həyata keçirilməsində, hüquqi, demokratik dövlət quruculuğunda mühüm uğurlar qazanmışdır.

Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq telləri xalqlarımızın rifahı, sülh və tərəqqi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Möhtərəm Əsgər Akayeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Qırğızıstan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin