CƏMİYYƏT


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib

Bakı, 17 may, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə gedir, bütün ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Otuz ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə məhv edilib, şəhərlər, kəndlər yenidən qurulur. Keçmiş məcburi köçkünlər üçün yaşayış sahələri də işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha da sürətləndiriləcək. İlk növbədə, ağır şəraitdə yaşayan ailələr olmaqla, keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunacaq.

Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.

Qəbulda vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.