Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qızlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Qızlar İKT-də Beynəlxalq Gününə həsr edilmiş respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə informasiya cəmiyyətinin mühüm hədəflərindən birinin qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində rolunun artırılması olduğunu bildirib. Qadınların hüquq və azadlıqlarının təmin olunmasında informasiya cəmiyyətinin texnoloji platforması olan İKT-nin mühüm rol oynadığını vurğulayan AMEA-nın prezidenti qeyd edib ki, İKT elmi-texnoloji fenomen olmaqla yanaşı, cəmiyyətdə bütün növ sosial bərabərsizliklərin səmərəli şəkildə aradan qaldırılması vasitəsidir.

Bu gün İKT sektorunda qadınların rolunun və xüsusi çəkisinin artırılmasının aktuallıq kəsb edən məsələlərdən olduğunu bildirən akademik Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), UNESCO kimi nüfuzlu beynəlxalq təşkilatların bu məsələlərin həllinə böyük diqqət ayırdığını nəzərə çatdırıb.

Konfransın 2014-cü ildən etibarən BTİ-nin təşəbbüsü ilə hər il qeyd edilən Qızlar İKT-də Beynəlxalq Günü münasibətilə keçirildiyini deyən Akif Əlizadə tədbirin bu istiqamətdə elmi problemlərin müəyyən edilməsi baxımından önəmini vurğulayıb.

Gender məsələsinin Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayan AMEA-nın prezidenti bu siyasətin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib: “Həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycan qadınları dövlət orqanlarında, elm, təhsil və tibb müəssisələrində, biznes və vətəndaş cəmiyyəti sektorlarında, ədəbiyyat, incəsənət və idman sahələrində ən yüksək səviyyədə təmsil olunurlar”.

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu qeyd edən akademik texniki peşələr, o cümlədən İKT ilə bağlı peşələrdə qadınların rolunun artdığını vurğulayıb, bu tendensiyanın Azərbaycanda da özünü qabarıq şəkildə göstərdiyini bildirib. Akademikin sözlərinə görə, 2018-ci ildə Azərbaycanda texniki elmlər sahəsində çalışanların 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib.

“Azərbaycan qadınlarının elmi-texnoloji sahələrdə təmsilolunma səviyyəsi dünya üzrə müvafiq orta göstəriciləri xeyli qabaqlayır”, - deyən Akif Əlizadə bu göstəricilərin ölkəmizdə həyata keçirilən gender siyasətindən, elm və təhsilə diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin xüsusiyyətlərindən irəli gələn mühitin formalaşması hesabına əldə edildiyini söyləyib.

Sonda Akif Əlizadə AMEA, onun elmi müəssisə və qurumlarında Qadınlar Şurasının fəaliyyət göstərdiyini qeyd edərək bu şuranın elmi mühitdə fəaliyyət göstərən xanımların müxtəlif problemlərini, qayğılarını üzə çıxarmağa və onları daha səmərəli şəkildə həll etməyə imkan verdiyini diqqətə çatdırıb.

Daha sonra “Qadınların elmi yaradıcılıqda və peşə seçimində İKT-nin rolu” mövzusunda məruzə ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində İKT-nin əsas amillərdən biri olduğunu deyib. Məruzəçi bildirib ki, vaxtilə “İKT-də qızlar” anlayışı bəzi insanlar üçün abstrakt görünürdü: “Qadın proqramçı, startapçı, kompüter mühəndisliyi kimi ifadələri eşidəndə insanlar təəccüb edirdilər. Lakin artıq bu stereotiplər qırılıb. Əsas məqsədimiz isə bu sahəyə qadınların daha çox cəlb edilməsi və onlara lazımi dəstəyin verilməsidir”.

Hicran Hüseynova qeyd edib ki, informasiya texnologiyaların tətbiqində gender fərqlərinin öyrənilməsi hazırda tədqiqatçıların xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Onun sözlərinə görə, İKT cəmiyyətin bütün təbəqələri, xüsusilə həssas və əlverişsiz şəraitdə olan insan qrupları üçün imkanların yaradılmasında katalizator rolunu oynamaqla uzunmüddətli dayanıqlı inkişaf üzrə bünövrəni təmin edir.

Məruzəçi, həmçinin hazırda İKT-nin qadınların elmi yaradıcılığının inkişafı və müxtəlif peşələrə yiyələnməsi baxımından geniş imkanlar təqdim etdiyini vurğulayıb.

“UNESCO-nun hesabatlarına görə, Azərbaycan tədqiqatçı qadınların sayı daha çox olan ölkələr sırasındadır”,- deyən Hicran Hüseynova bildirib ki, Azərbaycan qadınları və qızları arasında İKT sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi, gənc qızların məhz İKT sahəsində karyera qurmağa həvəsləndirilməsi qarşıda dayanan əsas məsələlərdəndir.

AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Gülçin Abdullayeva “Qadınlar İKT-də: beynəlxalq aləmdə və ölkəmizdə ümumi mənzərə” mövzusunda məruzə ilə çıxış edərək informatika elminin yaranma tarixindən bəhs edib. O, Elektron Hesablayıcı Maşınların istifadə edilməsi üzrə ilk tədqiqatlardan danışıb, keçmiş SSRİ-də və Avropada ilk kiçik elektron hesablama maşını haqqında məlumat verib.

Məruzəçi, həmçinin ortopediyada cərrahi müdaxilənin məsləhətçi intellektual sistemi və Azərbaycan əl xalılarının naxış, ornamentlərinin tanınma və identifikasiya sistemini təqdim edərək onların imkanlarından söz açıb və iş prinsipini diqqətə çatdırıb.

“Gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova qadınların İKT-yə cəlb olunması zərurətini təyin edən amillərdən danışıb. O, İKT sektorunda çalışan 29 milyon ixtisaslı İT-mütəxəssisin 20-30 faizini qadınların təşkil etdiyini bildirib.

“Son on ildə qadın və kişi məşğulluğu arasında fərqin azalması Avropada iqtisadiyyatın artımının əsas amillərindən hesab edilir”, - deyən məruzəçi Avropa İttifaqı ölkələrinin İKT bazarında qadınların payı barədə məlumat verib. Bildirib ki, Avropa İttifaqında İT-mütəxəssis qismində çalışan insanların 17,2 faizini qadınlar təşkil edir.

Məruzəçi İKT şirkətlərində qadın İT-mütəxəssislərin payı, ölkəmizdə ali məktəb tələbələrinin sayı və ixtisas qrupları üzrə təhsil alan tələbələrin sayı, ixtisas üzrə işləyən İT-məzunların cins üzrə paylanması reytinqini təqdim edib. Alim İKT sahəsində qadınların payının az olması səbəblərindən danışıb, hazırda onların dinamik İKT sektoruna daxil olmaları üçün geniş imkanların yaradıldığını deyib. İKT-nin qadınların məişət problemlərinin həllində də böyük rola malik olduğunu söyləyən Məsumə Məmmədova bu istiqamətdə texnoloji yeniliklər haqqında məlumat verib.

Məruzəçi e-tibbin qadınların sağlamlıq problemlərinin həlli baxımından təqdim etdiyi imkanlardan, İKT-nin qadınlar və onların ailə üzvlərinin təhlükəsizliyi problemlərinin həllində rolundan danışıb, eləcə də elektron təhsilin gender asimmetriyasının aradan qaldırılması baxımından sosial əhəmiyyətə malik olduğunu söyləyib. O, həmçinin təhsildə gender bərabərsizliyinin aradan qaldırılması problemlərinin perspektivlərini diqqətə çatdırıb. Gələcəkdə təhsilin böyük hissəsinin onlayn və virtual olacağını, süni intellekt və “Big Data” texnologiyaları əsasında təhsilin fərdiləşdirilməsi, karyeranın modelləşdirilməsi və proqnozlaşdırılmasının həyata keçiriləcəyini vurğulayıb.

Məsumə Məmmədova qadınlar üçün İKT üzrə peşə seçiminin üstünlükləri, 2030-сu ilə qədər meydana gələn və İKT bacarıqları tələb edən yeni peşələr barədə də məlumat verib.

Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “AMEA-da gender mədəniyyəti və İKT” mövzusunda məruzə ilə çıxış edərək ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri haqqında məlumat verib.

Məruzəçi akademiyanın institutlarında fəaliyyət göstərən Qadınlar şuralarının üzvlərini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırıb. Alim AMEA-nın qadın əməkdaşlarının elmi fəaliyyətləri barədə tədqiqat aparılmasını və bu məlumatların çap olunmasının zəruriliyini qeyd edib.

AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafında kommunikasiyaların rolu” mövzusunda məruzə ilə çıxış edərək kommunikasiya vasitələrinin meydana gəlməsi ilə sosial-mədəni sferada baş verən dəyişikliklər arasında əlaqələrdən danışıb. Bildirib ki, cəmiyyətdə qadının sosial statusunun yüksəlməsi kommunikasiya imkanları ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, bəşəriyyətin inkişafında baş verən informasiya inqilablarının hər biri bu və ya digər şəkildə qadının cəmiyyətdə mövqeyinin güclənməsi ilə müşayiət olunub.

Hikmət Quliyev şifahi və yazılı kommunikasiya mərhələlərində, həmçinin kütləvi informasiya vasitələrinin, radio və televiziyanın meydana gəlməsi zəminində qadının sosial statusunun inkişafı ilə bağlı folklor faktlarına diqqəti cəlb edib. İnternetin meydana gəlməsi hesabına cəmiyyətin əvvəlki dövrlərdən fərqli mərhələyə qədəm qoyduğunu vurğulayan məruzəçi sosial-mədəni mühitdə qadının rolunun və mövqeyinin yüksəldiyini qeyd edərək bildirib ki, qloballaşma və virtuallaşma proseslərinin getdiyi müasir dövrdə Azərbaycan qadını cəmiyyətin ən müxtəlif sferalarında aktiv şəkildə fəaliyyət göstərməkdədir.

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Qadınlar və fərdi məlumatların mühafizəsi problemləri” mövzusunda məruzə ilə çıxış edərək fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazasından və beynəlxalq çağırışlardan bəhs edib.

Dünyanın əksər ölkələrində fərdi məlumatların mühafizəsi ilə məşğul olan milli qurumlar - agentliklər, komissarlıqlar, ombudsman aparatları, inspeksiyalar və s. fəaliyyət göstərdiyini bildirən akademik fərdi məlumatların mühafizəsi sahəsində çox sayda beynəlxalq standart və tövsiyələrin işlənildiyini, hər il yanvarın 28-nin Beynəlxalq Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunduğunu diqqətə çatdırib.

İKT-nin inkişafının insanların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının daha da şəffaflaşmasına səbəb olduğunu bildirən Rasim Əliquliyev ölkəmizdə fərdi məlumatların mühafizəsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi və digər qurumların məşğul olduğunu söyləyib.

“Fərdi məlumatların beynəlxalq və ölkələr səviyyəsində “qara bazarı” formalaşır”, - deyən institutun direktoru “qara bazar”da təklif olunan xidmətlərdən söz açıb. Akademikin sözlərinə görə, “qara bazar”da qiymətlər şəxsin sosial statusundan asılı olaraq dəyişir və burada insan resurslarının formalaşdırılması üçün xakerlik kursları təşkil olunur. Həmçinin əksər hallarda ödənişlər kriptovalyuta ilə aparıldığından bu kimi kibercinayətlərlə mübarizə aparmaq xeyli çətinləşir.

Rasim Əliquliyev milli mentalitetdə fərdi məlumatların qorunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib, xüsusilə qadınların şəxsi və ailə həyatına dair fərdi məlumatlarının yüksək həssaslığa malik olduğunu diqqətə çatdırıb.

Akademik fərdi məlumatların mühafizəsi ilə bağlı təkliflərini səsləndirib, onun sosial-psixoloji, hüquqi, texnoloji və s. aspektləri üzrə multidissiplinar araşdırmalar aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sahələr üzrə kadrlar hazırlanmasının zəruriliyini vurğulayıb. Akademik fərdi məlumatlar və onların qorunması mexanizmləri haqqında vətəndaşlara, xüsusilə gənclərə zəruri biliklərin verilməsinin, təbliğat-maarifləndirmə işlərinin gücləndirilməsinin, müntəzəm təlimlərin təşkil olunmasının, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq ölkəmizdə fərdi məlumatların mühafizəsi siyasətini həyata keçirəcək milli qurumun yaradılmasının vacib məsələlərdən olduğunu bildirib.

Rasim Əliquliyev, həmçinin fərdi məlumatların qeyri-qanuni ictimailəşdirilməsi hallarının aşkarlanması məqsədilə sosial media vasitələrinin monitorinqlərinin aparılması, ailə qurmağa hazırlaşan tərəflərin və onların yaxınlarının rastlaşa biləcəkləri sosio-psixoloji problemlərin, boşanma hallarının sayının minimallaşdırılması məqsədilə tərəflərin genetik uyğunluğunun müəyyənləşdirilməsi üçün tələb olunan fərdi genetik məlumatların müvafiq elektron reyestrlərdə toplanılmasına ehtiyac duyulduğunu vurğulayıb.

Çıxışının sonunda akademik bu təkliflərin reallaşdırılmasında qadınları daha təşəbbüskar və fəal olmağa səsləyib.

Konfransın sonunda müzakirələr aparılıb, təkliflər səsləndirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib