ELM VƏ TƏHSİL
Qadınlar qısqanclıq baxımından daha həssasdırlar
Bakı, 11 avqust, G.Məlikova AZƏRTAC
Harvard Universitetinin alimləri mübahisənin insanlar üzərində təsirini araşdırıblar. Onların fikrincə bu hal kişilərə nisbətən qadınlara daha pis təsir edir. Belə ki, kişilər daha tez sakitləşə bilirlər.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində qadın orqanizmində narahatçılıq və əsəb yaradan xüsusi ferment aşkar edilib. Lakin qadınlara nisbətən kişi orqanizmində bu maddənin əridiyi müşahidə edilib. 400 nəfərin iştirak etdiyi tədqiqatlarda hər kəsə mübahisə etmək üçün özünə uyğun rəqib seçilib. Təcrübə zamanı kişilərin qadınlardan fərqli olaraq daha tez sakitləşdikləri, konstruktiv dialoqa daha asan girdikləri müşahidə edilib.
Bununla yanaşı zərif cinsin nümayəndələrinin qısqanclıq baxımından daha həssas olduqları və bununla bağlı incikliyi unutmaqda çətinlik çəkdikləri bəlli olub.