ELM VƏ TƏHSİL
Qafqaz Universiteti ilə “Unibank” və “FİNCA-Azərbaycan” arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 22 fevral (AZƏRTAC). Qafqaz Universiteti ilə “Unibank” və “FİNCA-Azərbaycan” qeyri-bank kredit təşkilatının nümayəndələri arasında görüş keçirilmişdir.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd universitet ilə hər iki bank arasında əməkdaşlığı inkişaf etdirmək idi. Görüşdə münasibətlərin dərinləşməsi istiqamətində atılacaq addımlar, nəzəri biliklərlə təcrübənin birləşdirilməsi, tələbələrə təqaüdlərin ayrılması, universiteti bitirmiş və bitirəcək tələbələrin karyerasının müəyyənləşdirilməsi kimi məsələlər müzakirə olunmuşdur.
Görüşdə, həmçinin tərəflər arasında əməkdaşlıq haqqında xoşniyyətli protokolun imzalanması da müzakirə olunmuşdur.