MƏDƏNİYYƏT
“Qanlı Yanvar” Braziliyada ilk dəfə təqdim olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Kinorejissor Vahid Mustafayevin Azərbaycanın müstəqillik tarixinin qanlı səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar” filminin Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalında nümayişi baş tutub.
AZƏRTAC “ANSPRESS”ə istinadla xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfiri ilə yanaşı, Braziliyanın bir sıra dövlət rəsmilərinin də qatıldığı təqdimatdan sonra film böyük maraqla qarşılanıb. "Qanlı Yanvar" filmi Azərbaycanı bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-dək davam edəcək festival çərçivəsində film beş dəfə nümayiş olunacaq. Azərbaycanın festivalda təmsil olunması mərasim iştirakçılarının ölkəmiz haqqında daha çox məlumat əldə etmələrinə xidmət edəcək.
Qeyd edək ki, “Qanlı Yanvar” filmi bundan əvvəl Kanadada nüfuzlu Monreal film festivalında nümayiş olunaraq xüsusi diploma layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]