CƏMİYYƏT


Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 44-BC-005 dövlət nömrə nişanlı “Zil” markalı, Masallı rayonunda isə 99-VK 742 dövlət nömrə nişanlı “Ford” markalı nəqliyyat vasitələri ilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Xidmətin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı ümumilikdə 7,43 kubmetr həcmində işlik meşə materialı aşkar edilib: “Araşdırma zamanı meşə materialının Masallı rayon sakini Ramin Səfərov və Lənkəran rayon sakini Xəyal Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1226 manat məbləğində ziyan dəydiyi məlum olub”.

H.Əlizadə onu da qeyd edib ki, işlik materialın haradan əldə olunmasının müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.