Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş Katibi Asəf Hacıyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Tarixi 1918-ci ildən başlayan və 1991-ci ildə bərpa olunan Azərbaycanın müstəqilliyi uzun yol keçmişdir.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması təhlükə ilə üzləşən müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda böyük dəyişikliklər baş verdi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə barış və inkişaf gətirdi.

Siz Heydər Əliyev siyasətinə və dəyərlərinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçməsinə nail oldunuz. Bu gün Sizin həyata keçirdiyiniz islahatlar ölkəmizin inkişafına yönəldilir və Azərbaycan dünyanın aparıcı dövlətlərinin sırasında özünə layiq yer tutur.

Sizin xalqa arxalanaraq Azərbaycanın bütövlüyü uğrunda həyata keçirdiyiniz fövqəladə vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardığınız fəaliyyətdə Sizə böyük uğurlar, cansağlığı və ailə səadəti arzulayıram.

Dərin hörmətlə,

 

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Məclisinin Baş Katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin