İDMAN


Qara Qarayev: “Qalatasaray”ı qonaq etmək ölkə futbolu üçün əlamətdar hadisədir

Qara Qarayev: “Qalatasaray”ı qonaq etmək ölkə futbolu üçün əlamətdar hadisədir

Bakı, 25 mart, AZƏRTAC

“Qalatasaray”ı qonaq etmək həm “Qarabağ”, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər iki komandaya dəstək lazımdır. Sabah keçiriləcək matçın bütün azarkeşlərin zövqünü oxşayacağına inanıram. Hər kəsi oyuna dəvət edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qalatasaray” ilə Bakıda xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın futbolçusu Qara Qarayev matçdan əvvəl təşkil olunmuş brifinqdə deyib.

Müdafiəçi bildirib ki, Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Oyunun mahiyyətini hər kəs bilir. Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Xüsusi qeyd etməli bir şey yoxdur.

“Əksər oyunçularımız milli komandaların düşərgəsindədir. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq Türkiyənin ən yaxşı komandası olan “Qalatasaray”a qarşı “Qarabağ”ın adı üçün oynayacağıq. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq”, - deyə Q.Qarayev əlavə edib.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.