Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Qarabağ Dirçəliş Fondu” sərmayə cəlbini sürətləndirəcək – Təhlil

“Qarabağ Dirçəliş Fondu” sərmayə cəlbini sürətləndirəcək – Təhlil

Bakı, 5 yanvar, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) baş analitiki Günay Quliyeva Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanını şərh edərək bildirib ki, fond bərpa prosesində könüllülük və bərabər hüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün yaradılmış vahid institutdur.

AZƏRTAC xəbər verir ki, G.Quliyeva beynəlxalq təcrübədə postkonflikt bərpa fondlarının münaqişə nəticəsində dəymiş ziyanın təhlili, postkonflikt ərazilərinin minalardan təmizlənməsi, infrastrukturun bərpası, səhiyyə və təhsil kimi xidmətlərin bərpası, məcburi köçkün icmalarının evlərinə qaytarılması, iqtisadi bərpa kimi bir çox məsələləri əhatə etdiyini vurğulayıb. O qeyd edib ki, bu Fərmanla yaradılan “Qarabağ Dirçəliş Fondu” bütün bu məsələləri əhatə etməklə geniş funksionallığa malikdir. Fərmanda da göstərilir ki, fondun yaradılmasında əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsidir. Digər tərəfdən yaradılan yeni fond 44 günlük Vətən müharibəsi dövründə bir yumruq olan xalqın Qarabağın bərpasında da birlik və iştirakının təminatçısı olacaq.

Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir prosesdir. Buna görə, bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi bu prosesin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq. Postkonflikt dövründə dövlət və özəl əməkdaşlığının (public-private-partnership) Qarabağın dirçəlişinə töhfəsi böyük ola bilər. Belə ki, dövlətin maliyyə və iqtisadi resurslarının sərhədsiz olmadığını nəzərə alsaq, müxtəlif layihələrdə özəl institutların bu prosesə cəlb olunması iqtisadi bərpa prosesini həm tezləşdirə və eyni zamanda, qurulan infrastruktur layihələrinin müasirliyini və rəqabətqabiliyyətliyini artıra bilər.

Fondun əsasnaməsində yer alacaq əsas məsələlərdən biri maliyyələşmə mənbələri ilə bağlıdır. Fərmana əsasən, “Qarabağ Dirçəliş Fondu”nun əsas maliyyə vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.

2021-ci ilin dövlət büdcəsində əsaslı xərclər üçün nəzərdə tutulan vəsaitin 2,2 milyard manatı işğaldan azad olunan tarixi ərazilərimizə böyük qayıdışın təmin edilməsinə xərclənəcək. Məlum olduğu kimi, erməni vandallarının 30 il ərzində yaşayış və ictimai binaları yerlə-yeksan edərək dağıtması, bütün infrastruktur obyektlərini, maddi-mədəniyyət abidələrini məhv etməsi, yeraltı sərvətlərimizi vəhşicəsinə talan etməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması və həmin ərazilərə yenidən həyatın və iqtisadi inkişafın qayıtması böyük vəsait tələb edir. Dövlət büdcəsinin resurslarının məhdud olduğunu nəzərə alsaq bu prosesə büdcədənkənar vəsaitlərin də cəlb olunması Qarabağa qayıdışımızı sürətləndirəcək. Qarabağın yenidənqurma proqramı beynəlxalq maliyyə qurumlarının, yerli və xarici investorların, kommersiya banklarının vəsaitlərinin bu prosesə cəlb olunmasını tələb edir.

G.Quliyeva qeyd edib ki, dünya təcrübəsinə əsasən postkonflikt ərazilərinin bərpası proqramlarında keçmiş münaqişə zonalarının yenidən canlandırılmasında əsas mənbə daxili hərəkətverici qüvvələrin səfərbər olunmasıdır. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına əsasən yerli iqtisadi iştirakçılar bərpa planında mühüm rol oynamalıdırlar. Onlar xarici agentlərin maliyyələşdirməsini passiv şəkildə gözləməməlidirlər. Əksinə, daha qətiyyətli, daha çox çalışqanlıq və innovativlik göstərərək özləri də əlavə dəyər yarada bilərlər. Bu zaman Fond ən yaxşı vasitəçi rolunu oynayacaq. Belə ki, yerli sahibkarların, investorların Qarabağa yatırmaq istədiyi vəsaitlərə koordinasiya funksiyasını yerinə yetirəcək.

Dünya təcrübəsi göstərir ki, beynəlxalq təşkilatlar, özəl sektor, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri və sair kimi qurumlar münaqişədən sonrakı dövrdə ərazilərin bərpasında maraqlı tərəflər kimi çıxış edirlər. Bu aspektdən iqtisadi bərpa prosesinə xarici donorları da cəlb edə bilərik. Bir çox beynəlxalq maliyyə qurumlarının postkonflikt bərpa dövrü ilə bağlı proqramları var. Maraqlı məsələlərdən biri də budur ki, bu maliyyə qurumlarının dəstək paketləri hər biri özünəməxsus sahələri əhatə edir. Qarabağın bərpa prosesi də çoxşaxəli olduğu üçün biz müxtəlif qurumların maliyyə dəstəyini dəyərləndirə bilərik. Məsələn, Beynəlxalq Valyuta Fondu daha çox postkonflikt ölkələrində iqtisadi artımın təmini və yoxsulluqla mübarizə proqramları həyata keçirdiyi halda, Dünya Bankı infrastruktur layihələrinə, təhsil və səhiyyə sahəsinin bərpasına daha çox fokuslanır. Avropa Yenidən Qurma və İnkişaf Bankı daha çox nəqliyyat, bank sektoru və kiçik sahibkarlığa maliyyə dəstəyi edir. Asiya İnkişaf Bankı isə məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması, postkonflikt ərazilərində səhiyyə məsələləri və yoxsulluqla mübarizə proqramlarının əsas maliyyələşmə mənbəyi kimi çıxış edə bilər.

O hesab edir ki, Qarabağın bərpası prosesində bir çox ölkələrdə tətbiq olunan diaspora-investisiya modelindən də istifadə edə bilərik. Bu investisiya modelinin əsas üç - “maliyyə gəliri”, “sosial status” və “emosional motiv” adlı motivləri Azərbaycan diaspor üzvlərinin bir çoxunda var. Vətən müharibəsi zamanı diaspor üzvlərinin informasiya müharibəsində verdiyi dəstəyin davamı olaraq, xaricdə yaşayan azərbaycanlılar Qarabağın bərpasında da yaxından iştirak etmək istəyirlər. “Qarabağın Dirçəliş Fondu” bu dəstəyə mərkəzləşmiş, koordinasiyalı və şəffaf formada idarəetməni həyata keçirəcək.

Fondun maliyyə mənbələrindən biri də yaxın dövrdə dövlət təminatı ilə dövriyyəyə buraxılması nəzərdə tutulan Qarabağ istiqrazları ola bilər. Xalq üçün mənəvi dəyərini də nəzərə alsaq, istiqrazların tədavüldə uğurlu olacağı gözləniləndir. Qarabağ istiqrazlarının satışından əldə olunan vəsait bərpa prosesində əhəmiyyətli rol oynaya bilər.

Dövlət Qarabağın bərpası ilə bağlı baza tədbirlərinə - ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təminatı, ilkin mərhələdə zəruri infrastrukturun qurulması yolların çəkilməsi, kommunikasiya xətlərinin bərpası və sair kimi proseslərə hələ müharibə tam bitmədiyi günlərdən başlayıb. İşğaldan azad olunmuş ərazilərin yenidənqurma proqramı yalnız dövlətin iqtisadi resursları hesabına edilməsi, bu prosesi uzada bilər. Ona görə də işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması prosesində dövlət-dövlət, dövlət-özəl, dövlət-vətəndaş və dövlət-donor əməkdaşlığı zəruridir.

İİTKM-in nümayəndəsi xatırladıb ki, 2020-ci ilin yanvarın 21-dən 24-dək İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iqtisadiyyatın yeni mərhələsinə steykholder kapitalizmi - maraqlı tərəflər kapitalizmi mərhələsinə keçilməsi haqqında fikirlər səsləndirilib. Bu gün “Qarabağ Dirçəliş Fondu”nun timsalında postkonflikt bərpa prosesinə bütün maraqlı tərəflərin cəlb edilməsi elə bu qlobal çağırışlara cavabdır.

G.Quliyevanın qənaətincə Qarabağın bərpa prosesinə cəlb olunan hər bir manat multiplikativ effektlə özündən daha böyük dəyər yaratmaqla, nəinki həmin ərazilərdə, ümumilikdə ölkə üzrə iqtisadi aktivliyin, məcmu tələbin artmasını və nəticədə iqtisadiyyatın inklüziv inkişafını təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb