İDMAN


“Qarabağ” komandası “Linfild”ə 2:1 hesabı ilə qalib gələrək altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib VİDEO

Bakı, 29 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 29-da Ağdamın “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyanın “Linfild” komandası ilə cavab görüşü keçirib.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Qarabağ” komandası iki oyunun nəticəsinə görə (2:3, 2:1) UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanın ilk dəqiqələrindən rəqibin qapısını təzyiq altında saxlayan “Qarabağ” bir neçə dəfə hesabı açmağa yaxın olub. Görüşün 6-cı dəqiqəsində Xayme Romeo komandasının ilk qolunu vurub - 1:0.

Matçın 88-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi iki topa çatdırıb. Oyuna yenicə daxil olmuş Qara Qarayevin ötürməsini Abdulla Zubir qola çevirib. Lakin əsas vaxta əlavə edilmiş dəqiqələrdə Şayne Laveri buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, komandamızın növbəti mərhələyə çıxmasına mane olmayıb.

Xatırladaq ki, Qurban Qurbanovun yetirmələri altıncı dəfə avrokubokların qrup mərhələsinə yüksəlib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.