Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qarabağın təbii sərvətləri belə talan edilir və ya bilmədiyimiz həqiqətlər...

Bakı, 2 avqust, AZƏRTAC

Qarabağ problemi uzandıqca iqtisadi cəhətdən böhran yaşayan Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini daha qəddarlıqla istismar edir. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu törəmə müəssisələrin rəhbərliyinə erməni millətindən olan rəhbərlər gətirərək, böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edirlər. Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qeyri-qanuni yollarla xarici ölkələrdə satışa çıxarılır. Əldə edilən gəlir Ermənistanın inkişafına sərf olunur, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilir. AZƏRTAC AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı Faiq İsmayılovun bununla bağlı qeydlərini təqdim edir.

Bu barədə Rusiyanın “Sekret Firma” jurnalının xüsusi müxbiri Viktor Feşenko Qarabağdan hazırladığı xüsusi reportajlarda bizim bilmədiyimiz bir çox gizli məqamlara aydınlıq gətirib. Jurnalın yazdığına görə, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanı yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirdi. Çünki Ermənistanın işğalı altındakı Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Məhz bu səbəbdən Xocalı hava limanına Azərbaycanın icazəsi olmadan xaricdən ağır yük təyyarələri endirilə bilməzdi, çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana məxsusdur.

Jurnalın yazdığına görə, işğal dövrü Qarabağda kənd təsərrüfatı məhsullarının istehsalı 1990-cı illərlə müqayisədə 1,5 dəfə artaraq 50 milyon ABŞ dollarından 120 milyon ABŞ dollarına yüksəlib. Elektrik enerjisi 75 milyon kilovat saatdan 300 milyon kilovat saata çatdırılıb. 2008-ci ildən 2015-ci ilədək Qarabağa qoyulan xarici investisiya beş dəfə artaraq 200 milyon ABŞ dolları olub.

Əldə olunan məlumatlara görə, Qarabağla İran arasında ciddi işgüzar bağlantılar var. İran qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanımadığına görə, bütün bağlantılar İrəvan vasitəsilə qurulur. Qarabağdan İrana ixrac olunan mallar İrəvanda qablaşdırılır, qeydiyyatdan keçirilir və bundan sonra İrana göndərilir. Lakin ermənilər Qarabağdan İrana satılan bütün malların üzərində “Made in Artsakh” sözləri yazırlar. İranın yük maşınları işğal altındakı Azərbaycan ərazilərinə sərbəst şəkildə daxil olur və burada yükdaşımaları ilə məşğul olurlar.

Qarabağ probleminin həlli uzandıqca Ermənistanı nəzarəti altında bu ərazilərin təbii sərvətləri böyük acgözlüklə planlı şəkildə talan edilməsi daha da sürətlənir və genişlənir. 1993-cü ildə bağlanan Bişkek Protokolundan sonra bu ərazilərdə Ermənistanın təcavüzkar siyasəti daha da gücləndi. Lakin, Ermənistanın ciddi cəhdlərinə baxmayaraq Qarabağda yaşayan sadə ermənilər, Azərbaycan və Ermənistan arasında Qarabağ probleminin həllinin müharibəsiz bitəcəyinə əmin deyillər. Sadə ermənilərin içərisində bir ümidsizlik hökm sürür.

Qarabağda yaradılan kənd təsərrüfatı müəssisələrindən ən böyüyü “Karabakh Gold”dur. Müəssisənin rəhbəri Araik Arturyandır. Müəssisə yarandığı ilk günlərdən çaxır və konyak istehsalına başladı. Sonralar heyvandarlıq və taxılçılıqla da məşğul olmağa başladı. Müəssisənin rəhbərliyi aztəminatlı ailələrə öz fondlarından bəzən təzminatlar da ödəyir. Qarabağda kənd təsərrüfatının inkişafına qoyulan investisiyalar Ermənistanın banklarının pul vahidləri və qiymətli kağızları hesabına ödənilir.

Qarabağın qondarma kənd təsərrüfatı naziri Aram Mxoyanın verdiyi məlumata əsasən, 1990-cı illərdə Qarabağın iqtisadiyyatının inkişaf etdirilməsinə böyük investisiya qoyanlardan biri Vartan Sirmakes olub. İstanbulda dünyaya göz açan V.Sirmakes 17 yaşında İsveçə köçərək orada yaşayıb. 1990-cı illərdə o saat dizayneri Frank Müllerlə Qarabağa gələrək orada “Frank Muller” saat istehsalı müəssisəsi yaradırlar. Qarabağda istehsal olunan məhsullar əsasən Avropa ölkələrində satılırdı. Beləliklə onların illik gəlirləri 330 milyon dollar təşkil edirdi. Əldə etdiyi gəlirlərdən ruhlanan V.Sirmakes Ağdərə rayonunun Madagiz kəndi yaxınlığındakı su hövzəsini icarəyə götürərək qara kürü istehsal etmək üçün nərə balığı yetişdirməyə başladı. O, burada 50 nəfərlik iş yer yaratdı. Hesablamalara görə Madagiz balıq istehsalı müəssisəsi 2021-ci ildə gəlir gətirəcək. Proqnozlara görə hər il bu balıqyetişdirmə müəssisəsi ildə 30 ton qara kürü istehsal edilməlidir ki, bu da hər il 30 milyon ABŞ dolları həcmində gəlir deməkdir.

Bu stansiyanın istehsal etdiyi enerji birbaşa Ermənistana ötürülür.

Separatçı siyasi - kriminal rejim Qarabağda mini su elektrik stansiyalarının tikintisinə xüsusi yer verirlər. Belə ki, son 14 ildə Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan 14 müxtəlif həcmli “Triqe-1”, “Triqe-2”, “Triqe-3”, “Syunik-1”, “Syunik-2”, “Syunik-3”, “Madagiz-1”, “Madagiz-2” və s. mini su elektrik stansiyaları inşa edib. Bu stansiyalardan ən böyüyü Tərtər çayı üzərində yerləşən Sərsəng su elektrik stansiyasıdır. Sərsəng su elektrik stansiyası 2010-cu ildə fəaliyyətə başlayıb. Bu stansiyanın tikintisi üçün investisiya Ermənistanın “M-Enerqo” Zəngəzur mis-molibiden kombinatı tərəfindən həyata keçirilir. “M-Enerqo” kombinatının əsas pay sahibi İngiltərənin “Multicontinental” şirkətidir. Qarabağda istehsal edilən elektrik enerjisinin böyük bir hissəsi Ermənistana ötürülür. Hazırda Qarabağda 300 milyon kilovat saat elektrik enerjisi istehsal olunur. Erməni mütəxəssislər iddia edirlər ki, 2018-ci ildə Qarabağda elektrik enerjisinin istehsalı 450 milyon, daha sonralar isə 700 milyon kilovat saata çatdırıla bilər. İstehlak edilən elektrik enerjisinin 80 faizi Əsgəran-Şuşa-Laçın-Gorus sovetlər dönəmində inşa edilmiş yüksəkgərginlikli elektrik xətti ilə Ermənistana ötürülür.

Ermənistan öz büdcə kəsirlərini doldurmaq üçün Qarabağın təbii sərvətlərini talayır. Bu sırada ermənilər üçün qızıl- mis istehsalı xüsusi önəm daşıyır. Qızıl mis istehsalı, eyni zamanda, investorların da daimi maraq dairəsində olur.

Ermənistan “Sərhədsiz həkimlər” təşkilatının rəhbəri Artur Sarkisyan 1997-ci ildə Qarabağda “Blarq” adlı mis-qızıl emalı kombinatı yaratdı. Kombinatı Ermənistanın İnvestisiya fondu maliyyələşdirirdi. İlk illərdə kombinatın illik gəliri 200 milyon ABŞ dolları təşkil etsə də, bu gəlir 2000-ci ildən zəifləməyə başladı. Hazırda kombinatın illik gəliri 1,4 milyon ABŞ dolları təşkil edir.

Qarabağ vətəndaşı Valeri Mejlumyan Kaşen kəndində “Base Metals” adlı filizsaflaşdırma kombinatı təsis etdi. Kombinat hal-hazırda Ermənistanda fəaliyyət göstərən “Valleks Group” şirkəti tərəfindən maliyyələşdirilir. V.Mejlumyan, eyni zamanda, Drambon kənd ərazisində 2000-ci ildə qızıl-mis emalı kombinatı yaratdı. “Base Metals” kombinatının 2010-cu ildən illik gəliri 8 milyon ABŞ dollar təşkil edir.

Qarabağda Seva Xaçaturyan tərəfindən yaradılan “Karabakh Caret” firması qədim əşyaların və toxuculuq məmulatlarının satışı ilə məşğul olur. Məlumdur ki, 1992-ci ildən etibarən Azərbaycanın işğala məruz qalan 23 muzey və 4 şəkil qalereyasında qalan 100 mindən çox eksponatı ermənilər qənimət kimi ələ keçiriblər. Verilən məlumatdan belə çıxır ki, Ermənistan yaratdığı bu qondarma firma vasitəsilə Azərbaycanın milli mədəni dəyərlərini erməni məhsulları kimi xarici ölkələrdə satırlar. Mənbənin verdiyi məlumata görə “Karabakh Caret” firması iki ildə 600 milyon ABŞ dolları satışdan zəhmətsiz mənfəət əldə edibdir.

Xaçaturyan 2013-cü ildə Xocavənd rayonunun Çartar kəndindən, eləcə də Şuşa və Laçın şəhərlərindən əldə etdiyi 300 xalçanın xarici erməni diasporlarının təşkilatçılığı ilə satışından 270 milyon ABŞ dolları gəlir əldə edib. Qarabağ xalçalarının alıcıları əsasən Rusiya, Amerika və Avropa ölkələridir. Azərbaycanın milli mədəni dəyərlərinin xarici ölkələrin qara bazarlarındakı təşkilatçıları, xarici ölkələrdəki erməni diasporları və “Daşnaksütyun” terror təşkilatının rəhbərləridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu ayın sonunadək Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi hazır olacaq

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO