REGİONLAR


Qax məktəbliləri kosmik fəzada baş verən hadisələr barədə məlumatlandırılıb

Qax, 2 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində icra olunan “Ayın görünməyən tərəfləri” adlı layihə çərçivəsində keçirilən təlimlər zamanı məktəblilər kosmosda baş verən hadisələr barədə ətraflı məlumatlandırılıblar.

İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, şəhər 1, 2, 3 və 4 nömrəli məktəblərdə təşkil edilən tədbirlərdə məktəblilərə ABŞ-ın Apollon-11 kosmik gəmisinin Ay səthinə enməsi, planetimizə gələn zərərli şüalara qarşı qalxan funksiyasını yerinə yetirən Van Allen qurşaqları, kosmik fəzada baş verən maraqlı hadisələr barədə geniş məlumat verilib. Könüllü Nəcməddin Sofiyev tərəfindən keçirilən təlimlər zamanı yeniyetmə və gənclər, həmçinin insanların gələcəkdə Marsa səyahət etmələri üçün aparılan hazırlıq işləri barədə də ətraflı məlumat əldə ediblər.

Məktəblilərin maraq dairəsini artırmaq məqsədilə keçirilən təlimlərdə, ümumilikdə 120-dən çox yeniyetmə və gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.