REGİONLAR


Qax teatrı Milli Teatr Gününü yeni yaradıcılıq uğurları ilə qeyd edir

Qax, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrının kollektivi Azərbaycan milli teatrının yaranmasının 150-ci ildönümünü yeni yaradıcılıq uğurları ilə qarşılayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10 Mart - Milli Teatr Günü münasibətilə teatrda bayram tədbiri keçirilib, teatrsevərlərə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa təqdim olunub.

Tədbiri teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov açaraq, bu sənət ocağının fəaliyyəti və qazandığı uğurlar barədə danışıb. Bildirib ki, Qax rayon mədəniyyət evinin nəzdində 1971-ci ildən dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb. Teatrda 1992-ci ildən bu günədək 82, yaranandan bəri isə 150-dək tamaşa hazırlanıb.

Təbrik və çıxışlardan sonra tədbirə dəvət olunan qonaqlara “O olmasın, bu olsun” tamaşası təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Yusif Abdurahmanov, rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.