REGİONLAR


Qaxda şəhid ailələri və müharibə qaziləri ilə görüş keçirilib

Qax, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri, eləcə də müharibə qaziləri və iştirakçıları ölkəmizin hər yerində olduğu kimi, Qax rayonunda da diqqət və qayğı ilə əhatə olunublar. Rayonun mədəniyyət işçiləri də mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, müharibə qaziləri və iştirakçıları ilə görüşür, onlara mənəvi dəstək olurlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayon Mədəniyyət Mərkəzinin və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Ölümsüzlüyə ucalanlar” adlı tədbirdə Vətən uğrunda canlarını qurban verən qaxlı şəhidlərin ömür yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, xatirələri ehtiramla yad edilib.

Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon icra hakimiyyətinin rəsmiləri, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, YAP rayon təşkilatının sədri, şəhid qardaşı Natiq Allahverdiyev, Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Dilarə Əzizova, rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nərminə Omarova, “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərimizin, qazilərin qəhrəmanlıqlarından söz açıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhid Asəf Ağayevin, Anar Qarayevin ataları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İ.Dağıstanlı adına Xalq Teatrı aktyorlarının təqdim etdikləri “Xarı bülbül” tamaşasından parça, şəhidlərə aid videoçarxlar, şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.