DÜNYA


Qazaxıstan DİN: Rusiyaya yalnız beynəlxalq axtarışda olan cinayətkarlar təhvil veriləcək

Bakı, 27 sentyabr, AZƏRTAC

Qazaxıstanın hakimiyyət orqanları Rusiyaya yalnız beynəlxalq axtarışda olan cinayətkarları təhvil verə bilər. Burada səfərbərlik çərçivəsində Rusiyanın hərbi komissarlıqları tərəfindən axtarışda olan vətəndaşlardan söhbət getmir.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri Marat Əhmədcanov jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

"Biz Qazaxıstanla Rusiya arasında hüquqi yardım haqqında ratifikasiya olunan sazişə əsaslanmalıyıq. Lakin bir istisna var – həmin əməllər hər iki ölkədə cinayət məsuliyyəti yaratmalıdır. Belə hallarda beynəlxalq hüquqa görə cinayətkarı qarşı tərəfə təhvil verməliyik”, - deyə nazir Rusiyada səfərbərlikdən yayınan şəxslərlə bağı suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, ekstradisiyaya əsas üçün cinayət işi başlanmalıdır və Rusiya vətəndaşlarının hərbi komissarlıqlar tərəfindən axtarılması bunun üçün hüquqi əsas deyil.

Qeyd edək ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin məlumatına görə, sentyabrın 21-dən bu yana ölkə ərazisinə 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, 64 mindən çoxu isə respublikanı tərk edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.