RƏSMİ SƏNƏDLƏR


Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Hörmətli Kasım-Jomart Kemeleviç.

“Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik.

Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” Partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

Əminəm ki, rəhbərlik etdiyimiz partiyalar arasında sıx qarşılıqlı fəaliyyət xalqlarımızın mənafeyi, ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik inkişaf edəcək və dərinləşəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Qazaxıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti,

Yeni Azərbaycan Partiyasının Sədri

Bakı, 28 yanvar, 2022-ci il

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin