Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası Nursultan Nazarbayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, xalqın rifahının və ölkənin nüfuzunun artmasına yönəlmiş ciddi daxili və xarici siyasət həyata keçirirsiniz.

Qazaxıstan əsrlər boyu davam edən sarsılmaz dostluğa və mehriban qonşuluğa qətiyyətlə sadiq qalaraq, ortaq tarix, mədəniyyət, dil və din oxşarlığı ilə bağlı olduğumuz Azərbaycanla bütün səviyyələrdə strateji tərəfdaşlığın gələcəkdə daha da dərinləşməsində maraqlıdır.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, tükənməz enerji və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının birinci Prezidenti-Elbası

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin