Qazaxıstanda “Qədim Türküstan – yeni imkanlar” beynəlxalq investisiya və turizm forumu keçirilib
AzerTAg.az

Astana, 28 sentyabr, АZƏRTAC
Qazaxıstanın Türküstan vilayətində “Qədim Türküstan – yeni imkanlar” beynəlxalq investisiya və turizm forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Forumda Avropa və Asiya ölkələrindən 250-dən çox nümayəndə iştirak edib.
Forumda bölgənin turizm və iqtisadi potensialını yaxşılaşdırmaq, sahibkarlıq və istehsalın inkişaf etdirilməsi üçün xüsusi layihələr təklif olunub və xarici sərmayəçilərlə 1,7 milyard dollar məbləğində 19 memorandum imzalanıb. Türkiyə, Çexiya, Rusiya, BƏƏ, İtaliya, Polşa, İran, Malayziya və Çindən olan sərmayəçilər müasir obyektlər tikmək, infrastrukturu inkişaf etdirmək, o cümlədən bölgədə bir sıra birgə layihələr həyata keçirməyə hazır olduqlarını bildiriblər.
Forumda B2B formatında görüşlər və "İnsan kapitalı. Aqrosənaye Kompleksinin dinamik inkişafının əsası ", "Şimal-Cənub iqtisadi dəhliz" mövzularda panel iclaslar keçirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Xəbərin mətnində orfoqrafik səhv var