Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qazaxıstanda fəaliyyət göstərən “Axıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru Rövşən Məmmədoğludan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı şanslı xalqdır ki, onun Sizin kimi lideri, Ali Baş Komandanı var. Xoşbəxt xalqdır ki, 30 il işğal altında qalmış Vətən torpaqları Sizin rəhbərliyinizlə azad edildi.

“Axıska” qəzeti və “Türk Birliyi” jurnalı hər zaman Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışıb. Vətən müharibəsi dövründə və ondan sonra bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirdik. “Qarabağ Azərbaycandır!” adlı jurnalın xüsusi buraxılışını türk, rus və ingilis dillərində yaydıq.

Əziz Prezident, Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik, fəaliyyətində müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

 

Rövşən Məmmədoğlu

Qazaxıstanda fəaliyyət göstərən “Axıska” qəzetinin və

“Türk Birliyi” jurnalının baş redaktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin