ELM VƏ TƏHSİL
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir
Bakı, 8 may, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ili üçün tələbə qəbulu elan edir.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi orta təhsil bazasında təhsil alanlar təhsil müddəti 3 il olan geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, kənd təsərrüfatı məhsulları istehsalı üzrə fermer, tikiş avadanlıqlarının operatoru, tikişçi və təhsil müddəti 2 il olan bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, heyvandarlıq mütəxəssisi, üzümçülük və şərab ustası ixtisaslarına ərizə verə bilərlər.
Tam orta təhsil bazasını bitirən məzunlar isə traktorçu-maşinist, xarrat, dülgər və parket ustası, telefon rabitəsi və radiolaşdırmanın xətt qurğularının elektromontyoru, xalçaçı, çilingər-santexnik ixtisaslarında dövlət hesabına, kompüter operatoru, əməliyyatçı-mühasib, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, mühafizəçi, kimyəvi-bakterioloji analiz laborantı, avtomobil üzrə elektrik, ağacdan bədii məmulatlar hazırlayan usta ixtisaslarında ödənişli əsaslarla təhsil ala bilərlər.
Dövlət hesabına oxuyan tələbələrə hər ay 50 manat təqaüd verilir.