Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib

Naxçıvan, 6 dekabr, AZƏRTAC

Muxtar respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən tədbirlərin reallaşdırılması, elmi əsaslara söykənən inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirən dövlət proqramlarının uğurla həyata keçirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların vaxtında aparılması qədim diyarımızın müasir dövrün çağırışlarına uyğun yüksəlişini təmin edib. 30 ilə yaxın bir müddətdə blokada şəraitində yaşamasına baxmayaraq, gündən-günə çiçəklənən müasir Naxçıvan müstəqil dövlətimizin ən böyük uğurlarından hesab olunur. Heydər Əliyev siyasətinin bütün istiqamətlər üzrə davam etdirilməsi nəticəsində qədim Naxçıvan XXI əsrə qədər keçdiyi yolda ən uca zirvəyə yüksəlib. Əminliklə demək olar ki, bu gün diyarımızın hərtərəfli inkişafına nail olanlar Azərbaycanın şanlı tarixində özünəməxsus yerə sahib olacaqlar. Çünki Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı, burada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri Azərbaycan dövlətinin milli maraqlarının tələbidir.

Muxtar respublikanın gələcək inkişafını müasir sənayeləşmə ilə yanaşı, həm də əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı və güclü insan potensialına malik olan bölgələrinin inkişafı müəyyən edəcəkdir. Bu amil nəzərə alınaraq, bölgələrdə infrastrukturun gücləndirilməsi, insanların həyat şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, aqrar sektorun diqqətdə saxlanılması, yeni iş yerlərinin açılması ilə məşğulluğun təmin edilməsi həyata keçirilən sosial-iqtisadi strategiyanın başlıca hədəflərdən biri kimi müəyyənləşdirilib. Ailə təsərrüfatlarının inkişaf etdirilməsi bu məsələdə xüsusi yer tutur. Ona görə ki, həmin təsərrüfatlar daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarının biznes planları tərtib edilib, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırıb.

“Ailə təsərrüfatı məhsulları” festivalında 408 ailə təsərrüfatı tərəfindən alıcılara

556 növdə qablaşdırılmış məhsul təqdim edilib

Görülən işlərin davamı olaraq, noyabrın 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

Festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, xaması, qaymağı, müxtəlif növ mürəbbə və şirniyyatları, pendiri, qatığı, alanası, miyanpuru, sucuğu, cevizi, badamı, qovudu, müxtəlif çeşidli meyvə şirələri, sirkələri, şərabları və araqları, ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarına təqdim edilib.

Muxtar respublikanın ərazisi yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları vardır. Festivalda bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının dərman bitkilərindən hazırladıqları məhsullar da yer alıb.

Növbəti festival digərlərindən bəzi müsbət məqamları ilə fərqlənib. Onlardan biri də naxçıvanlı gənclərin öz ideyaları əsasında ailə təsərrüfatlarında hazırlanmış məhsulların qablaşdırılmasına və təqdimatına köməklik göstərməsi, məhsulların satışını həyata keçirmələri idi. Gənclərin hazırladıqları “Kənddən al” mobil tətbiqetməsi də diqqəti cəlb edib. Burada məqsəd muxtar respublikada fəaliyyət göstərən aktiv ailə təsərrüfatçılarının fəaliyyətinə dəstək vermək, məhsulların daha rahat üsulla alıcıya çatdırılması və satıcı-alıcı münasibətlərinin operativləşdirilməsidir.

Ali Məclisin Sədri festivalda ailə təsərrüfatı sahibləri ilə söhbət edib. Muxtar respublika rəhbəri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib, göstərilən qayğı nəticəsində ilbəil istehsal olunan məhsulların çeşidinin artdığını qeyd edib, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi barədə tapşırıqlar verib.

Onu da qeyd etmək yerinə düşər ki, Naxçıvanda festivalların təşkili həm də turistlərin diqqətini cəlb edir. Xaricdən və ölkəmizin digər bölgələrindən gələn turistlərin “Ailə təsərrüfatı məhsulları” festivalına böyük maraq göstərməsi bunu bir daha təsdiqləyir.

İnsan amilinə verilən yüksək dəyərin növbəti nümunəsi

Naxçıvan Muxtar Respublikası dövlət başçısının həyata keçirdiyi siyasətdə daim ön planda olan insan amilinə verilən yüksək dəyərin ən gözəl nümunəsini yaradıb. Ötən illərdə muxtar respublikanın şəhər, qəsəbə və kəndlərinin müasir inkişaf mərhələsinə çıxarılması, sakinlərin rahat yaşayışının təmin edilməsi üçün aparılan kompleks abadlıq-quruculuq işlərinin səbəbi də insan amilinə verilən dəyərdir. Həmin quruculuq işlərindən Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərinə də pay düşüb. Yaşayış məntəqələrində əhalinin tələbatının ödənilməsi üçün xidmət mərkəzi, dövlət qurumlarının səmərəli fəaliyyəti üçün kənd mərkəzi tikilib, yollar, rabitə, qaz, elektrik xətləri yenidən qurulub, poçt xidməti yaradılıb, sakinlərə nümunəvi tibbi xidmətin göstərilməsi təmin edilib, müasir tədrisin tələblərinə cavab verən məktəb binası inşa olunub.

Noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində Ali Məclis Sədrinin iştirakı ilə Yeni Havuş və Xətai kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Dövlət haradan olursa olsun, nədən olursa olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir”. Bu gün muxtar respublikada hər il yeni məktəblərin tikilməsi, onların ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunması Ulu Öndərimizin bu tövsiyələrinin daim yerinə yetirilməsinin real həyatda təzahürüdür. Yeni Havuş və Xətai kəndlərində təhsil ocağının ən müasir tələblər səviyyəsində şagird və müəllimlərin istifadəsinə verilməsi də görülən işlərin davamıdır. Bir vaxtlar burada lövhədə yazmaq üçün təbaşir belə tapılmadığı halda, bu gün müəllimlər dərsləri elektron lövhə vasitəsilə tədris edirlər. Bu da tədrisin keyfiyyətini artırır, şagirdlərin daha da bilikli və dünyagörüşlü formalaşmasına imkan yaradır.

Ali Məclis Sədri məktəbin pedaqoji kollektivi ilə görüşü zamanı digər mühüm bir məsələni vurğulayıb: “Məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir”. Çünki vətənpərvərlik elə ali duyğudur ki, bu duyğu insana xalqa, dövlətə, dövlətçiliyə bağlılıq, yurda sevgi, milli hədəflərə inam aşılayır. Vətən sevgisi, yurd təəssübü gənc nəslin milli mənlik şüurunun inkişafında əsas aspektləri müəyyənləşdirir. Bu baxımdan bilikli və eyni zamanda, vətənpərvər gəncliyin yetişdirilməsi gələcəyimiz baxımından böyük əhəmiyyət kəsb edir. Ali Məclis Sədrinin Yeni Havuş və Xətai kənd məktəbində şagirdlərin mütaliəyə cəlbi, eləcə də yubileyləri qeyd olunan görkəmli şəxsiyyətlərlə bağlı tədbirlərin keçirilməsi barədə tapşırıqlar verməsi də, məhz həmin şəxsiyyətlərin həm də vətənpərvərlikləri ilə gənclərə nümunə olması ilə bağlıdır.

Naxçıvanda əhalinin 50 faizə yaxını tam standartlara uyğun içməli su ilə təmin olunur

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması muxtar respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir. Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su şəbəkələri qurularaq istifadəyə verilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika əhalisinin 50 faizə yaxını tam standartlara uyğun içməli su ilə təmin olunur. Görülən işlərin tərkib hissəsi kimi Şərur rayonunda da bu işlər uğurla həyata keçirilir. Noyabrın 8-də rayonun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi istifadəyə verilib.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb. Muxtar respublikanın yaşayış məntəqələrində içməli su sistemlərinin qurulması sahəsində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirən Ali Məclis Sədri Şərur rayonunun Cəlilkəndində də yeni içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Onu da qeyd edək ki, bir neçə il bundan əvvəl Zeyvə kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilib. Qaz və elektrik xətləri yenilənib, geniş asfalt yol salınıb. Kənd sakinləri ancaq bir məsələdə çətinlik çəkirdilər, o da içməli suyun olmaması idi. Muxtar respublikada insan amilinə verilən yüksək dəyər artıq bu məsələnin də öz həllini tapması ilə nəticələnib.

Təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür

17 noyabr Naxçıvanın şanlı tarixində özünəməxsus yer tutur. Çünki üçrəngli Azərbaycan bayrağı ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə məhz 1990-cı il noyabrında Ali Məclisin sessiyasında qaldırılıb və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. Həmin dövrdə dahi şəxsiyyət Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla yanaşı, həm də bütün çətinliklərə baxmayaraq təbiətin qorunması qayğısına qalıb. Bu gün də muxtar respublikada təbiətin zənginləşdirilməsi və yaşıllıqların artırılması sahəsində ardıcıl tədbirlər görülür. Bunun nəticəsidir ki, vaxtilə ərazisinin yalnız 0,6 faizi yaşıllıq olan muxtar respublikada bu rəqəm artıq 20 faizə çatıb. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır.

Noyabrın 9-da muxtar respublikada Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib, Naxçıvan şəhərində yeni badam bağı salınıb. Ali Məclisin Sədri iməcilikdə iştirak edib, mövsüm ərzində badam bağında əkin işlərinin başa çatdırılması və yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Muxtar respublikada payız mövsümünün növbəti iməciliyi isə noyabrın 23-də keçirilib. Ali Məclisin Sədri iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Ölkəmizin tərəfdaşı olan dövlətlərlə əlaqələr genişlənir

Muxtar respublikada bütün sahələrdə əldə edilən nailiyyətlər onun ölkəmizin tərəfdaşı olan dövlətlərlə iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsinə də əsaslı zəmin yaradıb.

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdıran Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlıq üçün potensialın olduğunu bildirib.

Noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasına səfərinə görə Türkiyənin Diyanət İşləri Başqanına təşəkkür edərək deyib: “Naxçıvan İslamın qapısıdır. Ona görə ki, İslam Naxçıvanda könüllü qəbul olunmuş, dini dəyərlərimiz qorunub yaşadılmışdır. Bu gün muxtar respublikada 211 məscid və 17 dini icma fəaliyyət göstərir, 240-a yaxın din xadimi vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında 80 məscid tikilmiş, 159 məscid isə yenidən qurulmuşdur. Həyata keçirilən tədbirlər İslam dininin olduğu kimi öyrədilməsi və təbliğinə imkan verir. Hazırda “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası üzrə ali dini təhsilli kadrlar hazırlanır. Bu ixtisasın məzunları İslamın olduğu kimi öyrədilməsi ilə yanaşı, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də səmərəli fəaliyyət göstərəcəklər”.

İslamda dini dözümlülük və tolerantlıq ənənələrinin yaşadılmasından, dini-mənəvi dəyərlərin olduğu kimi insanlara çatdırılması vacibliyindən danışan Ali Məclisin Sədri ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında bu sahədə görülən işlərin əhəmiyyətini qeyd edib, İslam elmi və dövlətçilik sahəsində böyük təcrübəsi olan Türkiyənin Diyanət İşləri Başqanına fəaliyyətində uğurlar arzulayıb.

Ali Məclisin Sədri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlıq edib, onun da salamlarını Türkiyə Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Muxtar respublikanın ərazisi, əhalisi və inkişafı barədə məlumat verən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrə diqqəti çəkib. Ali Məclisin Sədri Naxçıvanda avtomobil istehsalı və yeni texnologiyaların tətbiqi sahəsində Çin şirkətləri ilə əməkdaşlığın olduğunu bildirib, Çin Hökuməti tərəfindən muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dəstəyə görə təşəkkür edib.

Dövlətimizin başçısı blokada vəziyyətində yaşayan Naxçıvanın davamlı inkişafına, onun təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsinə xüsusi diqqət yetirir

Ulu Öndərimizin düşünülmüş və uzaqgörən siyasətində blokada vəziyyətində yaşayan Naxçıvana diqqət və qayğı həmişə üstün yer tutub, dahi şəxsiyyət siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə və dayanıqlı inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycan Respublikası Prezident İlham Əliyevin noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən muxtar respublikanın təhlükəsizliyi, sosial-iqtisadi inkişafı məsələlərinin xüsusi vurğulaması bir daha onu göstərir ki, ölkə rəhbəri bütün məsələlərdə olduğu kimi, Naxçıvanın daha parlaq gələcəyinin təmin olunması məsələsində də dahi şəxsiyyətin siyasi kursuna sadiqdir.

Dövlət başçısının qeyd etdiyi kimi, çətin coğrafi vəziyyəti nəzərə alınaraq bu gün, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunub, lazımi addımlar atılıb. Günnüt zəfəri bir daha Əlahiddə Ümumqoşun Ordunun yüksək döyüş qabiliyyətinə malik olduğunu sübut edib. Blokada vəziyyətində olan diyarımızın enerji və ərzaq təhlükəsizliyi də hərbi məsələlər qədər əhəmiyyətlidir. Qürurla deyə bilərik ki, 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Onlardan da 6-sı bərpaolunan enerji sistemləridir. “Bu, doğrudan da tarixi nailiyyətdir”, – deyən dövlətimizin başçısı bunun muxtar respublikanın təhlükəsizlik məsələsi olduğunu da vurğulayıb.

İnfrastruktur quruculuğu sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyi Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində də tarixi nailiyyət əldə edilib. Diyarımızda kənd təsərrüfatının inkişaf etdirilməsi, qapalı suvarma şəbəkələrinin qurulması və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə reallaşdırılan tədbirlərin davamıdır. Ali Məclis Sədrinin qeyd etdiyi kimi, 2003-cü ildə muxtar respublikada 39 min hektar sahə əkinəyararlı torpaqlar idisə, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsindən, yeraltı suvarma şəbəkələri qurulmasından sonra bu gün həmin rəqəm artıq 62 min hektara çatıb. Bu, muxtar respublikanın özünü ərzaqla tam təmin etməsinə şərait yaradır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı

mühüm siyasi qüvvə kimi formalaşıb

Ümummilli siyasi qüvvə kimi tarixi qanunauyğunluqdan doğaraq dövlətçiliyin keşiyində dayanan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət kimi təməl prinsiplərə söykənərək uzun illərdir, ölkəmizin, o cümlədən muxtar respublikamızın inkişafını təmin edir. Dövlətçilik tarixi baxımından o qədər də böyük olmayan 27 il müddətində xalqımız və milli dövlətimiz əsrlərə bərabər yüksəliş yolu keçib. Məhz buna görədir ki, partiya üzv olanların sayı hər il daha da artır. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 56 mindən çox üzvü vardır ki, onların da 44 faizi qadınlar, 41 faizi isə gənclərdir. Bu gün partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Bu mənada Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı mühüm siyasi qüvvə kimi formalaşıb, sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli zənginləşib. Bununla belə uğurun son həddi yoxdur. Yeni-yeni uğurlara nail olmaq üçün isə konkret vəzifələrin müəyyənləşdirilməsi vacibdir.

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub.

Ali Məclisin Sədri noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünün tamam olduğunu bildirib, bu münasibətlə partiyanın muxtar respublika təşkilatının üzvlərini, təəssübkeşlərini və bütün muxtar respublika əhalisini təbrik edib.

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunub, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verən Ali Məclisin Sədri deyib: “Bizim vəzifəmiz partiya işini düzgün təşkil etməklə Ulu Öndərin müəyyənləşdirdiyi vəzifələrin reallaşdırılmasına nail olmaqdan ibarətdir. Partiyamızı və ölkəmizi Ümummilli Liderin yolu ilə aparan ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır! Azərbaycanın gələcəyi Heydər Əliyevlə və onun siyasəti ilə bağlıdır”.

Növbəti ucqar yaşayış məntəqəsi abadlaşdırılıb

Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizdə, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Ötən illər ərzində Şahbuz rayonunda da geniş quruculuq işləri aparılıb, yaradılan möhtəşəm infrastruktur nəticəsində bu füsunkar bölgəmiz turizm mərkəzinə çevrilib. Ötən ay bu sıraya rayonun Türkeş kəndi də daxil olub. Burada kənd və xidmət mərkəzlərinin, məktəb binasının, avtomobil yolunun tikilməsi yaşayış məntəqəsini müasir Azərbaycan kəndinə çevirib. Ucqar yaşayış məntəqəsi olmasına baxmayaraq Türkeş kəndində sakinlər internetlə təmin edilib, onlar rabitə, poçt və tibb xidmətindən rahatlıqla istifadə edirlər. Bir sözlə, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün burada hər cür şərait yaradılıb.

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Türkeş kəndində müasirliyi ilə seçilən sosial obyektlər istifadəyə verilib. Ali Məclisinin Sədri açılış tədbirlərində iştirak edib.

Qeyd etmək yerinə düşər ki, Türkeş muxtar respublikanın məhsuldar torpaqlara və geniş ərazilərə malik olan yaşayış məntəqələrindəndir. Kənddə maldarlıq, heyvandarlıq, arıçılıq inkişaf edir. Yaradılan şərait bu sahələrin daha da inkişaf etdirilməsinə imkan verir. Kəndin içməli su problemi də öz həllini tapıb. Qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdıqdan sonra isə torpaqlardan daha səmərəli istifadə olunacaq, bol məhsul istehsal ediləcək, sakinlər yaxşı qazanc əldə edəcəklər. Ümumilikdə, burada aparılan kompleks quruculuq işləri məskunlaşmanı, insanların torpağa bağlılığını artıracaq, yeni-yeni ailə təsərrüfatları yaradılacaq. Budur, ötən əsrin 90-cı illərində kənddən köçüb gedənlər bu gün geri qayıdırlar. Artıq iki ailə kənddə məskunlaşıb. Yəni dövlətimiz kəndin inkişafı, bu yurd yerində insanların rahatlığının tam təmin edilməsi üçün bütün işləri görüb, Türkeşin siması tamamilə dəyişib. Kənd sakinlərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəkləri isə şübhəsizdir.

Sakinlərlə görüşündə Ali Məclisin Sədri bu barədə danışıb, Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə onları təbrik edib, Türkeş kəndinin muxtar respublikanın abad yaşayış məntəqəsi kimi daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Keçmişimizi yaşadan və gələcəyimizə xidmət edən məkan -Naxçıvan Dövlət Tarix Muzeyi

Muzeylərə qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün muxtar respublikada uğurla davam etdirilir. Özünün qədimliyi ilə Azərbaycanın tarixini zənginləşdirən, dahilər, sərkərdələr, tarixi şəxsiyyətlər diyarı olan Naxçıvanda tarixi keçmişimizin dərindən tədqiq edilməsi, abidələrin bərpa edilərək yenidən Azərbaycan xalqına qaytarılması ilə yanaşı, yeni-yeni muzeylərin yaradılması istiqamətində də ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin təşəbbüsü ilə mövcud muzeylərin şəraitinin yaxşılaşdırılması və maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Naxçıvanda tariximizə, mədəniyyətimizə, milli dəyərlərimizə göstərilən qayğının ifadəsidir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2019-cu il 2 avqust tarixli “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması, bununla bağlı Tədbirlər Planın təsdiq edilməsi, noyabrın 30-da isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması tariximizə göstərilən yüksək qayğının daha bir ifadəsidir.

Yubiley tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Tarix Muzeyinin yaranmasının 95 illiyi münasibətilə tədbir iştirakçılarını, muzeyin kollektivini və muxtar respublika əhalisini təbrik edib. Ali Məclis Sədri deyib: “Müdrik fikirlərin birində deyilir ki, tarix gələcək haqqında elmdir. Bu fikirdə böyük həqiqət vardır. Əgər biz tariximizə sahib çıxır, onu öyrənir və təbliğ ediriksə, deməli gələcəyimiz üçün əsaslı təminat yaratmış oluruq. Naxçıvan Dövlət Tarix Muzeyinin bundan sonrakı fəaliyyəti də keçmişimizi yaşatmaq və gələcəyimizə xidmət amalı olmalıdır”.

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatının olması muzey işçilərinin fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bir daha göstərir.

Heydər Əliyev ideallarından güc alan, qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyət nəticəsində Naxçıvan davamlı inkişaf edir

Müdriklər tarixdə şəxsiyyətlərin mühüm rolunu həmişə xüsusi vurğulayıblar. Reallıqdır budur ki, şəxsiyyəti olmayan xalq, diyar inkişaf edə bilməz. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu isə həmin dövrün inkişaf salnaməsidir. Bu baxımdan qürurla deyə bilərik ki, Heydər Əliyev ideallarından güc alan və qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyət nəticəsində Naxçıvanın 24 illik tarixinə çox böyük quruculuq, yüksəliş salnaməsi yazılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

KİV: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib