İQTİSADİYYAT


Qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi üzrə treninqlərə başlanılıb

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda İSO 9001:2015 standartlarının tətbiqi istiqamətində treninq başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninq "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, qənaətli istehsal üzrə beynəlxalq standartların tətbiqinin təşviqi məqsədilə həyata keçirilir. Beş gün davam edəcək treninqin məruzəçiləri Türk Standartlar İnstitutunun təhsil üzrə direktoru Feyzullah Erdoğan və institutun Azərbaycan üzrə təmsilçisi Gülhan Yüzeroğludur.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Standartlar İnstitutunun ölkəmizdəki nümayəndəlikləri ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərdə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə yanaşı, Sumqayıt Kimya Sənaye Parkının və "AEEC" MMC-nin nümayəndələri də iştirak edir.

İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev keyfiyyətin idarə olunması və enerji səmərəliliyi sahələrində beynəlxalq standartların tətbiqi istiqamətində TİKA və Türk Standartlar İnstitutu ilə əməkdaşlıq edildiyini bildirib, bu sahədə görülən işlər barədə məlumat verib.

TİKA-nın baş əlaqələndiricisinin yardımçısı Ersin Çopur Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əlaqələr, həyata keçirilən birgə layihələrdən danışıb, treninqlərin əhəmiyyətini qeyd edib.

Treninqlər yanvarın 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.