MƏDƏNİYYƏT


“Qəribə şeylər” serialı “Netflix”də baxış rekordunu yeniləyib

Bakı, 6 iyul, AZƏRTAC

“Qəribə şeylər“ (Stranger Things) serialı “Netflix”də dünya üzrə baxış rekordunu yeniləyib.

AZƏRTAC xəbər verir ki, serial ötən həftənin sonunda “Netflix”in “Top 10” siyahısında birinci yerdə qərarlaşıb.

Ekran işi “Netflix”in bir milyard saatdan çox izlənilən ilk ingilisdilli serialı olub.

Serial təkcə ötən həftəsonu 301 milyon saat izlənilib.

Bu performansla sözügedən ekran əsəri “Netflix”in ən çox izlənilən serialı “Squid Game”ni geridə buraxıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.