İDMAN


“Qətər 2022”nin ilkin rekordları

“Qətər 2022”nin ilkin rekordları

Qahirə, 4 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsini stadionlardan 2,45 milyon tamaşaçı izləyib. Bu, mundiallar tarixində ən yüksək göstəricidir. 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında bu rəqəm 2,17 milyon olub.

AZƏRTAC xəbər verir ki, dünya çempionatının 13 günü və 48 matçı ilə bağlı statistik məlumatlara əsasən, ilk dəfə Yaxın Şərq regionunda baş tutan mundialda stadionların doluluq səviyyəsi 96 faizə çatıb. Dünya kubokunda stadionlarda ən çox tamaşaçı sayı noyabrın 26-da “Lusayil” arenasında oynanılmış Argentina-Meksika matçında qeydə alınıb (88 min 966 nəfər). Daha bir yenilik turnirin pley-off mərhələsində ilk dəfə bütün qitələrin təmsil olunmasıdır. FIFA-nın qlobal inkişaf üzrə rəhbəri Arsen Venger bildirib ki, qrup mərhələsinin nəticəsi daha çox ölkənin ən yüksək səviyyədə rəqabət aparmaq imkanlarını nümayiş etdirir.

Daha bir rekord Portuqaliya futbolunun əfsanəsi Kriştiano Ronaldonun adı ilə bağlıdır. Belə ki, o, tarixdə beş dünya çempionatında qol vuran ilk oyunçu olub. Bundan başqa, kişilər arasında dünya çempionatı matçını idarə edən ilk qadın hakimlər Stefani Frappar, Neuza Bak və Karen Diaz Medinanın adları tarixə düşüb.

 
Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.