Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri Şeyx Həməd bin Casim bin Cabir Al Tanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qələbəniz münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaq istərdim.

Dost Azərbaycan xalqının rifahı naminə və qardaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində ali dövləti vəzifələrinizin həyata keçirilməsində Zati-alinizə uğurlar arzulayıram.

Ən dərin ehtiramımı qəbul etməyinizi Zati-alinizdən xahiş edirəm.

Hörmətlə,

 

Şeyx Həməd bin Casim bin Cabir Al Tani

Qətər Dövlətinin sabiq Baş naziri və sabiq xarici işlər naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin