İQTİSADİYYAT
Qeydiyyatda olan radiotezlik istifadəçilərinin sayı 400-ü keçib
Bakı, 28 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələr (REV) haqqında statistik məlumatı açıqlayıb.
Dekabrın 24-ə olan məlumata görə, idarədə 437 radiotezlik istifadəçisi qeydiyyatdadır. Onlardan 68-i dövlət, 304-ü kommersiya, 32-si xarici təşkilat, 33-ü isə fiziki şəxslərdir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu ilin müvafiq dövrü ərzində 7061 radioelektron vasitə qeydiyyata alınıb. Dövlət Radiotezliklər İdarəsində qeydiyyatda olan REV-in ümumi sayı 47 min 630 ədəd təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]