Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb

Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarının hazırkı vəziyyəti açıqlanıb

Bakı, 21 yanvar, AZƏRTAC

Qeyri-sabit hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı hazırkı vəziyyət açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, saat 10:00-a olan məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisindən keçən hissələrində gecə saatlarından qar yağır və hazırda yağıntı zəifdir. Səhər saatlarından yolda qar təmizlənib, duz və qum səpilib. Siyəzən-Şabran rayonlarından keçən ərazidə 1-2 dərəcə şaxta, Quba rayonundan keçən ərazidə 3-4 dərəcə şaxta var. Nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində növbətçi dəstələr tərəfindən müvafiq işlər həyata keçirilib və hazırda da keçirilməsi davam etdirilir.

Xınalıq istiqamətində avtomobil yolunun Qırızdəhnə kəndinə kimi olan ərazidə 8-11 santimetr qar müşahidə olunur. Xınalıq istiqamətində 11 dərəcə şaxta var və bu səbəbdən yolun bəzi hissələrində güclü buzlaşma müşahidə olunur. Yolda qar təmizlənir, duz-qum qarışığı səpilir. Hazırda zəif qar yağır. Nəqliyyatın hərəkəti təmin olunub və bu istiqamətdə işlər görülür.

Giləzi-Xızı yolunda gecə saatlarında güclü qar yağıb və şaxta olub. Hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilib. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Bakı-Qobustan yolunun Abşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı marşrut boyunca gecə saatlarında qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Muğanlı-Ağsu-Yevlax yolunun Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çisgin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Hacıqabul-Ucar-Yevlax yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax-Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı yolunda zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 santimetr qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı, kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar əriyib. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki-Qax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunda marşrutboyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Yevlax-Şəki (Göybulaq) yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin edilib.

Şəmkir-Gədəbəy avtomobil yolunda yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunda marşrutboyu gecə saatlarında sulu qar və qar yağıb, temperatur müsbət olduğundan əriyib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Masallı-Yardımlı yolunun Yardımlı rayonu ərazisində 15 santimetr qar yağıb, hazırda zəif qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran-Lerik avtomobil yolunun Lerik rayonu ərazisində 20-25 santimetr qar yağıb, hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib