İDMAN


Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub

Bakı, 28 may, AZƏRTAC

Qılıncoynatma üzrə Bakı çempionatına yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirdə 100-dən çox qılıncoynadan iştirak edib.

Bakı çempionatında kişi və qadınlar arasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlar arasında birinci yeri Murad Əkbərov, ikinci yeri Maqsud Hüseynli, üçüncü yeri Nurlan Zeynallı, Saleh Məmmədov, qızlar arasında birinci yeri Aysel Əhədova, ikinci yeri Sara Aydəmirova, üçüncü yeri Fidan Quliyeva, Leyla Əhmədova tutub.

Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlar arasında birinci yerə Fuad Qurbanov, ikinci yerə Kənan Məlikzadə, üçüncü yerə Elçin Daşdəmirov, Orxan Həsənli, qızlar arasında birinci yerə Nazilə Rəhimova, ikinci yerə, Aynur Quliyeva, üçüncü yerə isə Nəzrin Mehdiyeva və Xədicə Həsənli yüksəlib.

Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan, Azərbaycan Qılıncoynatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən paytaxt birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.