Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf edən ölkənin gələcək tərəqqisi və Azərbaycan xalqının həyatının yaxşılaşdırılması yolunda inamlı addımlar atır.

Qəti əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyiniz sayəsində bundan sonra da möhkəmlənəcək, hər iki ölkənin inkişafına və firavanlaşmasına kömək edəcək.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm.

Hörmətlə,

 

Sooronbay Jeenbekov

Qırğız Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin