SİYASƏT


Qırğızıstanın dövlət televiziyasında Azərbaycanla bağlı süjetlər yayımlanıb

Bişkek, 10 may, АZƏRTAC

Qırğızıstanın “Piramida” dövlət televiziya kanalının “Dostluq körpüsü” proqramında Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərinin nəticələri ilə bağlı geniş videomaterial yayımlanıb.

AZƏRTAC xəbər verir ki, soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin müəllifi və aparıcısı olduğu proqramda siyasi icmalçılar Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın yeni səhifəsinin açıldığını qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə verilən ziyafətdə Azərbaycanın dövlət başçısı Qırğızıstanla imzalanan sənədlərdən ikisinin - Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandumun çox mühüm əhəmiyyət daşıdığı bildirilib.

Telekanalda, eyni zamanda, Bakıdakı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramının keçirildiyi, Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev və Fondun rəhbərliyi tərəfindən uşaqlara hədiyyələr təqdim edilməsi haqqında süjet verilib.

Verilişdə Bakı şəhərinin mənzərələri, küçə və meydanları ilə bağlı videomaterial də göstərilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.