CƏMİYYƏT
“Qırmızı kitab”a salınmış bitki növünün çoxaldılmasına başlanılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycanın nadir bitkilərindən olan saqqız ağacının (yabanı püstə) Meşələrin İnkişafı Xidmətinin Regional Tinglik Mərkəzlərində çoxaldılması işlərinə başlanılıb.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev AZƏRTAC-a bildirib ki, adı “Qırmızı kitaba” salınmış həmin nadir bitki növündən Qarabağ düzündə, xüsusilə də Sultanbud meşəsinin bərpasında geniş istifadə ediləcək: “Saqqız ağacı Azərbaycanda yabanı halda yayılan növ olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Respublikamızın meşə ərazilərində bu ağaclara az rast gəlinsə də, onun coğrafi arealı genişdir”.
V.Fərzəliyevin sözlərinə görə, meşə ərazilərində təbii bərpaya kömək məqsədilə meşə fondu torpaqlarının seyrək sahələrində saqqız ağacı tingləri əkiləcək və toxumları səpiləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]