İQTİSADİYYAT
Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb
Bakı, 20 avqust, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) bu ilin yeddi ayında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 682 milyon 804 min 171 manat təşkil edib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin müvafiq dövrü üzrə əməliyyatların həcmi 7 milyard 588 milyon 475 min 112 manat olub. Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 7 ayına nəzərən 14,4 faiz artım qeydə alınıb.
İyul ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 371 milyon 984 min 427 manat, 2018-ci ilin eyni dövrü üzrə kapitalizasiyası 3 milyard 300 milyon 720 min 666 manat olub. Ümumilikdə BFB-nin kapitalizasiyası yanvar-iyul aylarında 2,2 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]