Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatının nazirlər konfransı başa çatıb VİDEO

Bakı, 6 aprel, AZƏRTAC

Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransı aprelin 6-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, konfransın sonuncu iş günündə çıxış edən İsveçrə Xarici İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə baş katibi Joel Musa Nhleko Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanması, möhkəmləndirilməsi, insan hüquqlarının təmini istiqamətindəki səylərindən, keçirdiyi tədbirlərdən danışdı. O, bu səylərin müxtəlif xalqların öz müqəddəratlarını müəyyən etmək, hüquq və azadlıqlarını reallaşdırmaq baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Qazaxıstan xarici işlər nazirinin müavini Yerzan Aşikbayev ölkəsinin təhlükəsizliyin qorunması istiqamətində gördüyü işlərdən bəhs etdi. O, Qazaxıstanın BMT-nin təhlükəsizliklə bağlı bütün sənədlərinin tərəfdaşı və fəal dəstəkçisi olduğunu bildirdi. Nazir müavini vurğuladı ki, Qazaxıstan bütün dünyada sülhün bərqərar olması istiqamətində atılan addımlara hər zaman dəstək olmağa hazırdır.

İndoneziya xarici işlər nazirinin müavini Əbdürrəhman Məhəmməd Fachir bildirdi ki, bütün dünyada sülh və təhlükəsizlik naminə təhsil səviyyəsinin yüksəldilməsi vacibdir. O, gənclərin dayanıqlı inkişafa söykənən gələcək qurmaları üçün təhsilin xüsusi önəm kəsb etdiyini vurğuladı.

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Əbdürrəhman bin İbrahim Al Rissi Azərbaycanın belə bir mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirdi. O, dünyada böhranların yaşandığı bir vaxtda Qoşulmama Hərəkatının ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətli olduğunu bildirdi.

Uqandanın xarici işlər naziri Henri Oryem Okello münaqişələrin həlli, miqrasiya böhranının aradan qaldırılması naminə bütün ölkələrin həm BMT, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının vacibliyini qeyd etdi. O, bütün dövlətlərin xarici müdaxilələrə, münaqişələrə qarşı çıxmasının və Qoşulmama Hərəkatı daxilində daha da sıx əməkdaşlıq etməsinin önəmini vurğuladı.

Butanın xarici işlər naziri Sonam Tshonq Qoşulmama Hərəkatının nazirlər konfransının Bakı kimi gözəl bir şəhərdə keçirilməsindən məmnunluğunu ifadə etdi. Vurğuladı ki, dünyada sülhə və təhlükəsizliyə təhdidlərin çoxaldığı bir zamanda Qoşulmama Hərəkatının öz səylərini birləşdirərək həmrəylik nümayiş etdirməsi sevindirici haldır.

Kamerunun xarici işlər nazirinin İslam dünyası ilə münasibətlər üzrə məsul nümayəndəsi Adoum Qarqoum Qoşulmama Hərəkatının dünyada beynəlxalq iqtisadi münasibətlərin nizamlanmasına və inkişafına da mühüm töhfə verdiyini söylədi. O, Qoşulmama Hərəkatının prinsip və dəyərlərinin təbliğinin, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladı.

Maldiv Respublikası xarici işlər nazirinin müavini Əhməd Soreer dedi ki, dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ölkələr arasındakı dialoqdan asılıdır. Ona görə də dialoq daha da gücləndirilməlidir. Qoşulmama Hərəkatı beynəlxalq sülhün bərqərar olmasına xidmət edir.

Bəhreyn xarici işlər nazirinin köməkçisi Abdulla bin Faisal bin Cabur Al Doseri Qoşulmama Hərəkatının əsas prinsiplərindən olan dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın təbliği işində daha fəal iştirakın önəmli olduğunu söylədi.

Sudanın xarici işlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamed dayanıqlı inkişaf üçün əməkdaşlığın önəmini vurğuladı. O əlavə etdi ki, ölkələr arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı anlaşma vacib şərtdir.

Keniyanın BMT-dəki daimi nümayəndəsinin müavini Andrev Kihurani Bakı konfransında aparılan müzakirələrin mühüm aktuallıq kəsb etdiyini söylədi. O, bu toplantının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında töhfə verəcəyinə əminliyini bildirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva konfransda çıxış edərək dedi ki, çoxsaylı qlobal problemlər qarşısında Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlıq dünya əhalisinin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması üçün mühümdür. Qoşulmama Hərəkatı bizə bu problemləri müzakirə etmək və səylərimizi koordinasiya olunmuş şəkildə qlobal fəaliyyət üçün birləşdirmək imkanı verir.

Fondun prezidenti qeyd etdi ki, cəmiyyətlərin transformasiyasında mədəniyyətin rolu sürətlə artır. Mədəniyyət, eyni zamanda, dünya cəmiyyətlərinin möhkəmliyini artıran bir vasitədir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduqları, həmin ölkələrin dövlət başçılarının dəstəyi ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türkdilli xalqlara məxsus zəngin ortaq ədəbiyyatı, irsi, tarixi təbliğ edir və dünyaya tanıdır. Fond tərəfindən mədəniyyətin daha yaxşı bir dünyaya yol açması məqsədilə müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla bir sıra layihələr üzrə işlər aparılır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu insanları bir-birinə daha da yaxınlaşdırmaq, sivilizasiyaları birləşdirmək və münaqişələri sülh yolu ilə həll etmək istiqamətində mədəniyyətin əvəzsiz rolunu önə çıxardaraq, onun təsir gücünü təbliğ edir. “Biz müharibələrə qarşıyıq. Onların baş verməməsi üçün tarixə, adət-ənənələrə hörmətin qorunması istiqamətində çalışırıq. Bu məsələyə 10 ilə yaxındır ki, uğurla həyata keçirilən “Bakı Prosesi”nin gözü ilə baxdıqda görərik ki, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq inkişaf və sabitlik üçün zəruridir”, - deyə Günay Əfəndiyeva bildirdi.

Tədbirdə digər çıxış edənlər də dünyada sülh və təhlükəsizliyin əldə edilməsi istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini vurğuladılar. Bildirildi ki, problemlərdən çıxış yolu əməkdaşlıq, mədəniyyətlərarası dialoqdadır. Qoşulmama Hərəkatının əsas prinsiplərindən biri də dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətdir. Münaqişələr həll olunmalı, terrorizmə qarşı mübarizə gücləndirilməlidir.

Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında səmərəli müzakirələrin aparıldığını deyən iştirakçılar yüksək səviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirdilər.

Konfransa yekun vuran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, iki gün ərzində Qoşulmama Hərəkatını maraqlandıran və birgə narahatlıq doğuran mövcud, yeni və meydana çıxmaqda olan məsələlər müzakirə edildi. Biz sürətlə inkişaf edən qlobal vəziyyətlərin yaratdığı böhranın, təhdidlərin və çağırışların dövlətlərin daha çox iqtisadi inkişaf və sosial tərəqqi, sülh və təhlükəsizlik, insan hüquqlarının və qanunun aliliyindən istifadə etməsinə nail olmaq səylərinə əngəl yaratmaqda davam etdiyini bir daha təsdiqlədik. Biz regional və subregional siyasi məsələləri, həmçinin Qoşulmama Hərəkatı ölkələrinin inkişafı, sosial və insan hüquqları məsələlərini müzakirə etdik və müvafiq olaraq Hərəkatın prinsipial mövqelərini vurğuladıq. Biz bir daha təsdiq etdik ki, beynəlxalq münasibətlərin subyektlərinin hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüququn norma və prinsiplərinə laqeyd yanaşması ciddi narahatlığa və qınağa səbəb olan məsələdir.

Nazir bildirdi ki, konfransda hamı üçün sülh və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, insan hüquqlarının qorunması və təbliği üçün beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalmağın vacibliyi vurğulandı. Qoşulmama Hərəkatına daha çox birlik və ardıcıllıq gətirmək məqsədini rəhbər tutan üzv ölkələrin səy və fəaliyyətlərini gücləndirmələri Hərəkatı müxtəlif qlobal məsələlərdə ümumi maraqların təşviq edilməsində, həmçinin inkişaf etməkdə olan ölkələr arasında daha çox qarşılıqlı əlaqələrin yaradılmasında güclü, vahid və dayanıqlı edəcək.

Elmar Məmmədyarov dedi: “Biz əminik ki, Bakı konfransının qlobal və regional məsələlər, eləcə də inkişaf, sosial və insan hüquqları məsələləri ilə bağlı yekun sənədinin maddələri beynəlxalq təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığın stimullaşdırılmasına və Cənub-Cənub istiqamətində iqtisadi inteqrasiyada praktik addımların atılmasına töhfə verəcək. Burada keçirilən görüşümüz və nazirlər konfransının yekununda qəbul etdiyimiz sənəd Hərəkatın prinsip və məqsədlərini qəti şəkildə dəstəkləyir. Hərəkatın növbəti sədri kimi Azərbaycan sizin dəyərli dəstəyinizi nəzərə alır və BMT daxilində Qoşulmama Hərəkatının əsasını təşkil edən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək istiqamətində Hərəkatın işinin gücləndirilməsi naminə sizlərlə birlikdə çalışmaq niyyətindədir. Azərbaycan dünyada beynəlxalq sülh və təhlükəsizlik səviyyəsini artırmaq üçün çox şey edə biləcəyinə əmin olduğumuz Qoşulmama Hərəkatının prinsip və məqsədlərini dəstəkləmək üçün siyasi məsləhətləşmələrin və praktik əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Hərəkat çərçivəsində fəal əməkdaşlığa davam edəcək. Bu xüsusda, biz əminik ki, gücləndirilmiş həmrəyliyimiz 18-ci Qoşulmama Hərəkatı nazirlər konfransında qəbul edilmiş yekun sənəddə də bir daha təsdiqləndiyi kimi, Hərəkatın sülh, sabitlik, inkişaf və tərəqqiyə nail olmaq kimi birgə istəyini birləşdirəcək”.

Sonra Elmar Məmmədyarov və Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Bakı konfransının yekunlarına dair mətbuat konfransı keçirdilər.

Qoşulmama Hərəkatının nazirlər konfransı başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq VİDEO

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib