Quba sakininin evində heroin, tiryək və “patı” aşkarlandı VİDEO
AzerTAg.az
Quba, 16 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Azad Rəsulov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, tiryək, eləcə də “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə A.Rəsulov barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbərin mətnində orfoqrafik səhv var