REGİONLAR


Qubada 5 maşını oğurlayan cinayətkar dəstə saxlanılıb VİDEO

Quba, 15 may, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları qabaqcadan əlbir olaraq aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayan cinayətkar dəstənin üzvlərini saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla həmin şəxslərin rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların mayın 13-də oğurladıqları “VAZ 2109” markalı maşınla yol-nəqliyyat hadisəsi törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti sabitdir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərinin olub-olmaması istiqamətində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.