REGİONLAR


Qubadlıdan olan məcburi köçkünlərin məskunlaşdığı yaşayış məntəqələri dezinfeksiya edilir

Sumqayıt, 2 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanda koronavirus pandemiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Prezidenti İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Qubadlı rayonunda bu günədək infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin yığcam məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhərinin 12-ci mikrorayonundakı yeni yaşayış massivində, Sumqayıt şəhərində müvəqqəti məskunlaşma ərazilərində, rayonun bütün idarə və müəssisələrində, bundan əlavə 2 körpələr evi-uşaq bağçasında, Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən 32 ümumtəhsil məktəbində və 2 məktəbdənkənar müəssisədə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Bununla yanaşı, Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı 11-ci mikrorayon, ev 2b ünvanında və onun yanındakı yarımçıq binada, 47-ci məhəllədəki 11, 12, 13 və 14 saylı binalarda da sanitar-dezinfeksiya işləri aparılır. Bu işlərə rayon Kommunal Müəssisələr Kombinatının işçiləri də cəlb edilib.

Eyni zamanda, Qubadlı Rayon Polis Şöbəsinin nümayəndələri ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə rayon icra hakimiyyəti aparatının, inzibati-ərazi nümayəndəliklərinin, habelə digər qurumların əməkdaşlarından ibarət 13 mobil qrup yaradılıb. Qrup üzvləri karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılıb, fərqləndirici sarğı, qoruyucu maska, şəxsi dezinfeksiya-mühafizə vasitələri ilə təmin olunub. Hazırda qrup üzvləri məskunlaşma yerlərində gündəlik olaraq maarifləndirmə işləri aparırlar.

Qeyd edək ki, rayonun 65 yaşdan yuxarı tənha yaşayan 300 nəfər sakini gündəlik vacib olan əsas tələbat malları ilə təmin edilib və bu işlər nəzarətdə saxlanılır.

Rayon sakinlərinin, xüsusilə yaşı 65-dən yuxarı olan insanların təhlükəsizliyini təmin etmək və gigiyenik qaydalara əməl olunması məqsədilə qeyd olunan tədbir və maarifləndirmə, eyni zamanda, sanitar-dezinfeksiya işləri mütəmadi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.